Icma.az
close
up
RU
Bakının bu ərazilərində mənzillər ucuzlaşır

Bakının bu ərazilərində mənzillər ucuzlaşır

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Bakıda yeni metro stansiyalarının açılması ilə bağlı xəbərlər daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Həmin ərazilərdə və yaxın yerlərdə daşınmaz əmlakın bütün növləri üzrə təklif qiymətləri artır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, bu artım vətəndaşların seçim edərkən nəqliyyat əlçatanlığına xüsusi önəm verməsi ilə bağlıdır:

“Belə ki, mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri və qeyri-yaşayış obyektləri metro yaxınlığında yerləşdikdə onların qiyməti artır. Çünki metrodan çoxlu sayda vətəndaş istifadə edir və digər nəqliyyat vasitələri də məhz metro ətrafında əlçatan olur. Bu isə, xüsusən qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazilərdə daha geniş müştəri bazasının formalaşmasına şərait yaradır. İnsanlar gündəlik istifadə etdikləri nəqliyyat vasitəsinə yaxın obyektlərdən alış-veriş etməyə üstünlük verdikləri üçün belə yerlərdə ticarət obyektlərinin gəlirliliyi də artır”.

V.Oruc qeyd edib ki, metro yaxınlığında yerləşən mənzillərin kirayəsi də daha asan olur:
“Çünki tələbələr, işçilər və ailələr gündəlik hərəkətini rahat şəkildə təşkil etmək üçün məhz nəqliyyat əlçatanlığı yüksək olan ərazilərə üstünlük verirlər. Bakı üçün metro həm maddi baxımdan, həm də trayektorial əhatə baxımından ən uyğun nəqliyyat vasitəsidir. Buna görə də şəhərin hansı ərazilərində yeni metro stansiyalarının inşası nəzərdə tutulursa, həmin yerlərdə qiymətlər plan açıqlanandan sonrakı dövrdə, tikinti müddətində və stansiya istifadəyə verildikdən sonra artıma məruz qalır. Əksinə, nəqliyyat əlçatanlığı zəif olan Xırdalan, Masazır və digər ərazilərdə qiymət dinamizmi daha zəif müşahidə olunur. Oradakı torpaq sahələrinin qiyməti yüksəlsə də, fərdi yaşayış evlərinin, mənzillərin və qeyri-yaşayış obyektlərinin qiymətləri Bakının nəqliyyat baxımından əlverişli yerlərinə nisbətən daha az dəyişir”.

Ekspertin sözlərinə görə, Bakıda yolların tıxaclı olması səbəbindən vətəndaşlar nəqliyyat əlçatanlığı zəif olan əraziləri daha az seçirlər ki, bu da qiymətlərə təsir göstərir. Eyni zamanda həmin ərazilərdə alqı-satqı faktlarının azlığı da qiymətlərin aşağı səviyyədə qalmasının əsas səbəblərindən biridir.

Qeyd edək ki, yeni metro stansiyalarının Nizami parkının yaxınlığında, “Nargilə” adlanan ərazidə, Günəşli, Qaraçuxur, Zığ, Bayıl, Bakıxanov qəsəbələri və Sabunçu rayonunda inşa edilməsi planlaşdırılır.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri