Icma.az
close
up
RU
Bakının həmləsi İrəvanı çətinə saldı Paşinyan tarixi silahı Ankaraya qurban verir

Bakının həmləsi İrəvanı çətinə saldı Paşinyan tarixi silahı Ankaraya qurban verir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Hər il olduğu kimi bu il də 24 aprel yaxınlaşdıqca Ermənistanın “soyqırımı” kartını necə masaya qoyacağı sualı aktuallaşır. Ancaq bu dəfə vəziyyət fərqlidir, regionda güc balansı dəyişib. Ermənistan daxili və xarici proseslər fonunda artıq bu məsələni əvvəlki qədər sərt və emosional şəkildə gündəmə gətirə bilmir.

Türkiyənin son aylarda İrəvana münasibətdə müşahidə olunan nisbətən yumşaq jestləri – xüsusilə də Marqara sərhəd-keçid məntəqəsinin 10 günlüyünə açılması və kulis arxası diplomatik təmaslar Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini “erməni soyqırımı” məsələsində daha ehtiyatlı danışmağa vadar edib. Baş nazir son çıxışlarında bu iddianın 1950-ci illərdə Rusiya tərəfindən Türkiyəni sıxışdırmaq məqsədilə ortaya atıldığını vurğulayıb.

İrəvan “erməni soyqırımı” iddiasını bu dəfə də siyasi alver predmetinə çevirməyə cəhd göstərəcək? Türkiyə ilə münasibətlərin normallaşması naminə bu məsələni bir qədər arxa plana keçirə bilərmi?

Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Barın deyib ki, Paşinyan son zamanlar guya “erməni soyqırımı” iddiasını özlərinin deyil, Rusiyanın gündəmə gətirdiyini deyərək məsuliyyəti üzərindən atmağa çalışır:

“O, sanki bu iddialarla geri addım atır və Türkiyə ilə münasibətlərdə yaranmış gərginliyin səbəbini Rusiyaya bağlayaraq özlərini təmizə çıxarmağa çalışır. Paşinyan həm Türkiyə, həm də Azərbaycanla qarşıdurma yaşadıqca nələr itirdiyini və daha nələri itirəcəyini anlayıb. Ermənistan mətbuatında yüksək səviyyəli erməni diplomatın dediyi bir fikir diqqətimi çəkdi. O, ölkəsinin “Böyük Ermənistan” idelogiyasının arxasınca getməyə davam edəcəkləri təqdirdə, hətta İrəvanı da itirə biləcəklərini qeyd edib.

Dünyanın bir çox ölkəsi qondarma “erməni soyqırımı”nı tanıdı. Lakin ermənilər təxminən 50 ildir ki, tarixi həqiqətlərdən uzaq siyasi qərarların heç bir nəticə vermədiyini və verməyəcəyini görürlər. Eyni zamanda, rəsmi Bakı beynəlxalq məhkəmələrdə Ermənistana qarşı həm Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, həm də Qarabağda beynəlxalq hüquqa zidd olan işğala görə ittiham qaldırıb. İrəvan hökuməti bu məhkəmə işləri fonunda öz dərdinə düşüb”.

Politoloq bildirib ki, Azərbaycanın iqtisadiyyatı illərdir dayanmadan böyüyür, Ermənistan isə xaricdən gələn yardımlarla güclə ayaqda qala bilib:

“Fakt budur ki, iflasa uğramış Ermənistan iqtisadiyyatının yeganə çıxış yolu Türkiyədir. Onlar üçün Avropaya çıxış nöqtəsi kimi də yeganə real yol məhz Türkiyədir. Əvvəlki dövrlərdə və xüsusilə 44 günlük müharibədə, “Azərbaycan üçün Türkiyə nədirsə, Türkiyə üçün də Azərbaycan odur”, – fikrinin iki ölkə üçün əsas götürüldüyü bir daha sübut olundu.

Rusiyaya sığınan Ermənistan artıq onun dəstəyindən uzaqlaşdığı üçün Bakı və Ankara ilə yaxşı münasibətlər qurmaq məcburiyyətindədir. Belə bir məqamda “erməni soyqırımı” məsələsinin adi pıçıltı ilə belə dilə gətiriləcəyinə inanmıram.

Azərbaycan mediasını yaxından izləyirəm. Marqara sərhəd-keçid məntəqəsinin açılmasını bəziləri “Türkiyə Azərbaycana xəyanət etdi” kimi əsassız, emosional və təkyönlü başlıqlarla təqdim etdilər. Halbuki, Türkiyə siyasi məsələlərlə insani məsələləri bir-birindən ayıracaq qədər həssas davranır. Hətta Qarabağ müharibəsindən sonra belə Ermənistanda baş verən zəlzələ ilə bağlı humanitar yardım göndərmişdi.

Marqara sərhəd-keçid məntəqəsinin 10 günlüyünə açılması da sadəcə Türkiyədən Suriyaya yardım çatdırılması ilə bağlıdır. Bu, həm insani, həm də müvəqqəti bir addımdır. Əgər belə olmasaydı, sərhəd yalnız 10 günmü açıq qalardı? Əksinə, daimi şəkildə açıq olardı. Bu addımda hansısa başqa siyasi mesaj olsaydı, Azərbaycan rəsmiləri və yüksək dairələri də açıqlama verərdi. Halbuki, onlardan ən kiçik bir açıqlama belə eşitməmişəm.

Az öncə qeyd etdiyim səbəblərə əsaslanaraq demək olar ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri hər sahədə daha da gücləndikcə, Ermənistan hər iki ölkə ilə münasibətləri normallaşdırmağa məcbur qalacaq. İrəvan hakimiyyətində kim olursa-olsun, bunu etməli olacaq”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəmində “erməni soyqırımını”nın tanınması, ya da bu istiqamətdə hər hansı bir təbliğatın aparılması yer tutmur:


Elxan Şahinoğlu

“Özü də bu haqda dəfələrlə açıqlama verib və türkiyəli həmkarlarını məlumatlandırıb. Məsələ ondadır ki, Nikol Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. O, yaxşı bilir ki, keçmiş hakimiyyətlər kimi “erməni soyqırımı” üzərində dayanıb bu məsələni uzadarsa, Türkiyə ilə normallaşan münasibətlər yenidən pisləşəcək. Buna baxmayaraq ermənilərdə  “soyqırımı” günü liderlərinin abidəni ziyarət edib əklil qoyması qaydası var. Bu, artıq dövlət protokolu kimi bir şeydir.

Ermənistan hakimiyyətinin “soyqırımı” siyasətindən imtina etməsi son olmayacaq. Erməni lobbisi və diasporu hakimiyyətdən fərqli olaraq müxtəlif ölkələrdə bu fikri təbliğ edir, proqramlarından geri durmur. Paşinyan əsasən bunun üzərinə düşünməli və qarşısını almalıdır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see224

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see133

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see125

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri