Icma.az
close
up
RU
Bakının 3 həmləsi Moskvanı çətinə saldı İrəvan və Tbilisi də istiqaməti dəyişir

Bakının 3 həmləsi Moskvanı çətinə saldı İrəvan və Tbilisi də istiqaməti dəyişir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son zamanlarda Rusiyanın Cənubi Qafqaz ölkələrinin xarici siyasət vektorundan kənarda qalması diqqət çəkir. Moskvanın region ölkələri ilə aktiv və isti münasibətləri əvvəlki kimi yüksək səviyyədə müşahidə olunmur.

Xüsusilə Azərbaycanın xarici siyasətində Moskvanın iştirakı nəzərə çarpmır. Prezident İlham Əliyev Şərq, Qərb və Cənubla uğurlu münasibətlər sistemini inkişaf etdirir. Dövlət başçısının apreldə Çinə səfəri, İranla yenilənən əlaqələr və bu ölkənin prezidentinin Bakıya gəlməsi, may ayında Avropaya ardıcıl səfərlər, həmçinin ötən gün baş tutan Laçın zirvəsi, bir sözlə, bütün bunlar Rusiyanın iştirakını istisna edir.

Eyni tendensiya Ermənistan və Gürcüstan üçün də xarakterikdir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbə üz tutub, Gürcüstan isə həm Qərblə, həm də Çinlə münasibətlərə önəm verir. Beləliklə, Kremlin regiona təsir imkanları getdikcə azalır və bunun əsas səbəbi Azərbaycanın rolunun artmasıdır.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirir ki, Rusiya Cənubi Qafqazda hazırda ciddi çətinliklə üzləşib:

“Əvvəl Azərbaycan-Rusiya münasibətləri rəsmi Bakının “mehriban qonşuluq” siyasəti əsasında qurulurdu. Amma Moskva bu reallığı qəbul etmək istəmədi. 2024-cü ilin dekabrında baş verən təyyarə hadisəsi və Kremlin günahkarları cəzalandırmaması imperial siyasətin davam etdiyini göstərir. Azərbaycan tam müstəqil siyasət yürüdür və heç bir dövlətə bağlı deyil.


Zeynal Əmrəliyev

Prezident İlham Əliyev Türk dünyasının birləşməsi istiqamətində ardıcıl çalışır. Dövlət başçısı dəfələrlə ölkəmizin yerinin məhz Türk dünyası olduğunu vurğulayıb. Prezidentin apreldə Çinə səfəri ilə Şərqlə yeni səhifə açıldı, Bakı-Pekin münasibətləri inkişaf edir. Eyni zamanda Avropa ölkələri ilə münasibətlərdə də yeni mərhələ başladılıb.

Azərbaycan öz uğurlu yolunda irəliləyir. Cənubi Qafqazda Ermənistan və Gürcüstan da Rusiyadan uzaqlaşır. Paşinyan Qərbə inteqrasiya yolunu seçib, Gürcüstan isə Avropa və Pekinlə əlaqələri genişləndirir. Rusiyanın bölgə ilə bağlı siyasəti tənəzzül dövrünü yaşayır. Azərbaycanın öz torpaqlarını azad etməsi bu dəyişiklikdə əsas rol oynayıb.”

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri