Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama: Məni daş qalaq edəcəklər
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Azərbaycanın yanvarın 14-də Ermənistana təhvil verdiyi erməniəsilli Gevorq Sujyan sosial media hesabında paylaşım edib.
Turkustan.az xəbər verir ki, o, ölkəsində ona qarşı münasibətin birmənalı olmadığını yazıb.
“Bəlkə də dedi-qodu edənlər və bədxahlar tapılacaq, mənə daş atacaqlar, amma mən onların şərinə yaxşılıqla, sevgi ilə cavab verəcəyəm, hətta buna layiq olmasalar belə. Tənqidçilər də olacaq, qaralamağa və daş-qalaq etməyə çalışacaqlar, mən onların atdığı daşlardan gözəl abidələr inşa edəcəyəm. Onlara cavab olaraq, müdrikliklə gülümsəyəcəyəm. Hətta məni “dəli” adlandırsalar belə, yenə eyni müdrik təbəssümlə gülümsəyəcəyəm. Çünki bilin ki, dünyanı irəli aparan məhz dəlilərdir”, - Sujyan qeyd edib.
Xatırladaq ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslər Gevorq Sujyan, David Davtyan, Viqen Euljekjyan və Vaqif Xaçaturyan dünən Ermənistana təhvil verilib. Proses Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülhün əməli nəticəsi kimi həyata keçirilib./teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 15 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















