Icma.az
close
up
RU
Bakının küçələri it pişiklə doludur: Gürcüstan nümunəsi nə deyir?

Bakının küçələri it pişiklə doludur: Gürcüstan nümunəsi nə deyir?

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Elə anlaşılmasın ki, biz heyvanlara qarşıyıq, xeyr!

Baş verən faciələr bizim rəsmiləri Gürcüstan hökumətinin addımlarından nümunə götürməyə sövq etmir

Gürcüstan yenə də bizi qabaqladı. Bu dəfə küçə heyvanları, heyvanların qorunması və təhlükələrin azaldılması kimi vacib bir məsələnin həllində. Yeni ildən etibarən Gürcüstanda heyvanların qorunması qanununa dəyişikliklər qüvvəyə minəcək. Bu barədə nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edilir ki, dəyişikliklər yaya qədər mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqamlar bundan ibarətdir ki, 01 fevral 2026-cı il tarixinə qədər Ekologiya Nazirliyi itlərin yetişdirilməsinə moratorium və onların həddindən artıq populyasiyasını azaltmaq üçün proqram hazırlamalıdır. 01 mart 2026-cı il tarixinə qədər hökumət heyvanların qeydiyyatı, identifikasiyası, sterilizasiyası və yetişdirilməsi qaydalarını təsdiqləyəcək, eləcə də baytarlıq klinikaları və sığınacaqları üçün qaydaları yeniləyəcək. 01 yanvar 2026-cı il tarixindən etibarən itlərin qayışı və ağızlığı olmadan gəzdirilməsi və ya daşınması 150 lari (94,83 azn) məbləğində cərimə ilə nəticələnəcək (kiçik oyuncaq cinsləri istisna olmaqla). 01 iyul 2026-cı il tarixindən etibarən heyvanların identifikasiyası və qeydiyyatı məcburi olacaq. 1 yanvar 2027-ci il tarixindən etibarən böyük cərimələr tətbiq olunacaq: Şəxsiyyətin müəyyən edilməsi/qeydiyyatı 1500 lari, sterilizasiya/kastrasiya 1500 lari (948,28 azn), quduzluğa qarşı peyvənd 500 lari (316,09 azn), icazəsiz yetişdirmə 5000 lariyə qədər (3160,94 azn), heyvan tərk edildiyinə görə fərdi şəxslər 5000 lari (3160,94 azn), hüquqi şəxslər 10000 lari (6321,89 azn) cərimə olunacaq. Cinayət cəzaları da sərtləşdiriləcək. Heyvanlara qarşı qəddarlıq heyvanın ölümü halında cərimə, ev dustaqlığı və ya 4 ilə qədər həbs cəzası ilə cəzalandırılacaq.

Bakı küçələrində, həmçinin bölgələrdə də sahibsiz itlərin insanlara, uşaqlara hücum etməsi, hətta quduzluqdan ölüm halları da qeydə alınıb. Amma baş verən faciələr bizim rəsmiləri Gürcüstan hökumətinin addımlarından nümunə, heç olmasa balaca bir təcrübə götürməyə sövq etmir. Küçələrimiz it-pişiklə doludur. Elə anlaşılmasın ki, biz heyvanlara qarşıyıq. Xeyr. Məsələ, sahibsiz heyvanların qorunması, təhlükəsizliklərinin təminidir ki, bunun sayəsində insanlarımız da qorunsun, təhlükədən uzaq olsunlar. Quduzluğa qarşı, digər heyvan mənşəli virusların həm heyvanlara, həm də insanlara təhlükə törətməməsi üçün küçə heyvanları peyvənd olunmalı, sterilizasiya edilməlidir. Küçələrdə ac, yorğun və çox zaman məhz bu səbəbdən aqressivləşərək insanlara hücum çəkən heyvanlar olmamalıdır. Onların daldalanacağı, qidalanacağı sığınacaqlar olmalıdır və kütləvi populyasiyanın qarşısı alınmalıdır ki, küçə it və pişikləri, Allah göstərməsin, əhali sayı ilə az qala eyniləşməsin.    

R.Ağamirzəyev Gürcüstan hökumətinin tətbiq edəcəyi qaydalar və cərimələrin küçələrdə sahibsiz it və pişiklərin küçələrdə dolaşmasının qarşısını almaq üçün effektiv üsul hesab etdiyini dedi: 

- Ümumiyyətlə, bir çox ölkələrdə böyük şəhər bələdiyyələri bu prosesə nəzarət və icra edir, quduzluğa qarşı effektiv tədbirlər görürlər. Dünyada qəbul olunmuş qaydadır ki, it və ya pişik, fərq etməz, evdə hər hansı heyvan saxlayırsınızsa, bunun məsuliyyətini də daşımalısınız. Hər hansı heyvanı mənimsəyib, bir müddət saxladıqdan sonra küçəyə atmaq olmaz. Bir sıra ölkələrdə, o cümlədən bizim ölkədə də, Bakıda heyvan sığınacaqları var. Amma görürük ki, vətəndaşlarımız sahibləndikləri heyvanları məsuliyyətsizcə küçəyə buraxır. Bu da insanlara təhlükə yaradır. Küçə heyvanlarının peyvəndlənməsi, sterilizasiyası vacibdir. Bunu əlaqədar təşkilatlar həyata keçirməlidir.  

R.Ağamirzəyev qeyd etdi ki, insanların həyat tərzi dəyişib. Azərbaycanda son 10 ildə ev heyvanları saxlamaq ənənəsi daha geniş yayılıb. İnsanlar ev heyvanları saxlamağa başlayıblar: 

- Bu, müsbətdir, amma tələblər, qaydalar da var və evdə heyvan saxlayanlar bu qaydalara əməl etməlidirlər. Cəmiyyətin maariflənməsinə böyük ehtiyac var. Heyvanların daşınmasına icazə verilir, lakin burada da əməl edilməli qaydalar var. Hansı növlər hansı şərtlərlə daşına bilər, hansı analizlər verilməlidir və sair. Heyvanların ölkədən çıxarılmasının xüsusi prosedur qaydası var. Heyvan üçün pasportu istənilən baytarlıq klinikası peyvənd vurandan sonra verir. Sertifikat üçün yaxın qonşu ölkələrin ciddi bir tələbi yoxdur. Getməmişdən 7 gün öncə 1 saylı Asan Xidmətdə 20 Azn ödənir, Qida Təhlükəsizlik Agentliyinin Baytarlıqla əlaqəli şöbəsi 3 gün etibarlılıq müddəti olan sertifikat verir. AB və ABŞ xüsusi qan analizi quduzluğa qarşı tələb edir ki, onun da nümunəsini Şotlandiyaya göndərirlər. Bunun qiyməti 280€-dur. Bəzən görürük ictimai nəqliyyatda heyvanın ayaq izi şəklinin üzərinə qadağan işarəsi qoyulur. Bu, düzgün deyil. Heyvanları daşımaq olar, amma mütləq xüsusi çantalarda. Böyük həcmlidirsə, ağzında mütləq ağızlıq olmalıdır. Xarici ölkələrə səfərə çıxan şəxs əgər ev heyvanını da özüylə aparırsa, mütləq peyvənd olunmasına dair sənəd tələb olunur. Şərtlərə əməl edildikdə istər şəhərdaxili nəqliyyatda, istərsə də qatar, təyyarə, gəmi, avtobusda ev heyvanları daşına bilər.   

R.Ağamirzəyev bildirdi ki, insanlar heyvanlara mərhəmətlə yanaşmalıdır: 

- Bizdə bəzən islam dinini əsas gətirərək itlərə, pişiklərə qulluq etməyi münasib saymırlar. Türkiyə də müsəlman ölkəsidir. İstanbulda, digər şəhərlərdə səkilərdə itlər, pişiklər üçün yem, su qabı qoyulur, qidalandırılır heyvanlar. Tbilisidə də həmçinin, küçə heyvanlarına sevgi, mərhəmətlə yanaşırlar. Qulaqlarında birka olan heyvanlar sərbəst dolaşır və heç bir təhlükə törətmirlər. Heyvan da canlıdır, onu da qorumaq lazımdır. Bu mövzuda hər bir kəs maariflənməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri