Bakının mərkəzində Gürcüstan səfirliyinin yeni binası TİKİLƏCƏK
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Bakıda Gürcüstanın yeni səfirliyinin tikintisi üçün layihələndirmə və tikinti işləri satın alınacaq.
Bizim.Media xəbər verir ki, layihənin həyata keçirilməsi Gürcüstan hökumətinin oktyabrın 20-də qəbul etdiyi və Baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncamda nəzərdə tutulub.
Sənədə əsasən, səfirlik binası Azərbaycanın paytaxtının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən 3 444,5 kvadratmetr sahəsi olan torpaq ərazisində inşa ediləcək.
Satınalma layihələndirmə və tikinti işlərini vahid müqavilədə birləşdirən Design-Build metodu ilə həyata keçiriləcək.
Layihənin 2026-cı il üzrə tədbirləri Gürcüstanın Bələdiyyə İnkişaf Fonduna dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşdiriləcək. Növbəti mərhələlər üçün tələb olunan vəsait isə 2027-ci ilin və zərurət yaranarsa, sonrakı illərin büdcələrində nəzərdə tutulmalıdır.
Sərəncama görə, işlər başa çatdıqdan sonra bina Gürcüstanın Xarici İşlər Nazirliyinin istifadəsinə veriləcək.
Yeni səfirliyin tikintisi üçün torpaq sahəsi Gürcüstana Azərbaycan tərəfindən 2025-ci ilin yanvarında verilib. Bakının mərkəzində yerləşən, təxminən 3 500 kvadratmetr ərazinin həm səfirlik binası, həm də Gürcüstan səfirinin iqamətgahı üçün ayrıldığı bildirilir.
Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi Bakının Nərimanov rayonunda, Yaşar Hüseynov küçəsi 13/15 ünvanında yerləşir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Oktyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















