Icma.az
close
up
RU
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq VİDEO

Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq VİDEO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Paytaxtın Rəşid Behbudov küçəsində sürücülər yol nişanlanmasından narazıdırlar. Buna səbəb avtobus zolaqlarında qırıq xətlərin olmamasıdır. Nəticədə sürücülər sağa dönmə əməliyyatını birinci deyil, məhz ikinci zolaqdan yerinə yetirməli olurlar.

Maraqlıdır, sürücülər mövcud nişanlanma xətlərindən razıdırlar?

Moderator.az AzTV-yə istinadən bildirir ki, sürücülərin sözlərinə görə, avtobus zolaqlarında qırıq xətlər olsa, məsələn, həmin zolağa daxil olaraq dönüş etmək daha rahat olar. Onların sözlərinə görə, 5.8.1 yol nişanlarının tətbiqi də vəziyyəti yaxşılaşdıra bilər.

Digər sürücü qeyd edir ki, yol enli olduqda zolaqlar maneə yaratmır, lakin bəzi küçələr kifayət qədər ensizdir və bu da hərəkəti çətinləşdirir.

Başqa bir sürücü isə yaşadığı çətinliyi belə izah edir:

"Bir dəfə məni çaşdırdı. Sahil metrosunun qarşısında hərəkət edirdim. Qarşıda svetofor var idi. Sağ tərəfdə isə asfaltın üzərində ox işarəsi mənə doğru istiqamətlənmişdi. Əvvəllər oradan qarşıdan gələn maşınlar üçün yol var idi. İndi isə sxemi dəyişiblər. O ox işarəsini oradan götürmək lazımdır".

Ekspertlərin sözlərinə görə, yol nişanları ilə yol cizgiləri arasında uyğunsuzluq sürücülərdə çaşqınlıq yaradır. Eyni zamanda, keyfiyyətsiz və tez silinən boyalardan istifadə olunması da narahatlıq doğurur.

Mütəxəssislər bildirirlər ki, sürücülərin ən çox üzləşdiyi problem sola və sağa dönmə zamanı yaranır. Qanunvericiliyə əsasən, 5.8.1 nişanı sürücünü əvvəlcədən düzgün zolaq seçimi barədə məlumatlandırmalıdır. Lakin bu nişan bir çox yerlərdə mövcud deyil. Nəticədə sürücü sol zolaqla hərəkət edir, lakin kəsişməyə çatanda məlum olur ki, həmin zolaq yalnız sola dönmək üçündür. Bəzi hallarda isə nişanlanma ilə yol nişanları bir-birinə uyğun gəlmir - biri düz getməyi, digəri isə dönməyi göstərir. Bu da sürücülərin lüzumsuz cərimələnməsinə və hətta yol-nəqliyyat hadisələrinə səbəb olur.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, xüsusi hərəkət zolaqlarının mövcud olduğu küçələrdə sağa dönmək istəyən nəqliyyat vasitələri həmin zolaqda hərəkət edən ictimai nəqliyyatın üstünlüyünü nəzərə almalı, onlara yol verməli və kəsişmələrdə birbaşa ikinci zolaqdan sağa dönməlidirlər. Bu üsul beynəlxalq təcrübədə geniş tətbiq olunur. Çünki avtomobillərin avtobus zolağına daxil olması ictimai nəqliyyatın hərəkətini ləngidə bilər.

Beləliklə, yol nişanlanması ilə bağlı uyğunsuzluqlar sürücülərdə çaşqınlıq yaradır və qəza riskini artırır. Mütəxəssislər nişan və yol cizgiləri arasında uyğunluğun təmin olunmasını, eləcə də bəzi ərazilərdə yenidən nişanlanma işlərinin aparılmasını vacib hesab edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri