Icma.az
close
up
RU
Sürücüləri çaşdıran yol nişanları KONKRET

Sürücüləri çaşdıran yol nişanları KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar sürücülərin diqqətini çəkən əsas problemlərdən biri magistral yollarda eyni yol nişanlarının heç bir məsafə intervalı olmadan, ard-arda iki ədəd yerləşdirilməsidir. Söhbət əlavə xəbərdarlıq məqsədilə müəyyən məsafələrdə təkrar edilən nişanlardan deyil, bir-birinin dərhal arxasında quraşdırılmış eyni lövhələrdən gedir.

Bu vəziyyət sürücülərdə haqlı sual doğurur: eyni informasiya niyə saniyələr içində iki dəfə təqdim olunur?

KONKRET.az-ın xəbərinə görə, Nəqliyyat eksperti Tale Ələddinzadəmövzu ilə bağlı nocomment.az-a bildirib ki, yol nişanlarının əsas funksiyası sürücüyə qısa zamanda aydın və dəqiq informasiya verməkdir:

“Eyni nişanın qısa məsafədə iki dəfə quraşdırılması beynəlxalq praktikada yalnız xüsusi hallarda, məsələn, mürəkkəb yol qovşaqlarında və ya riskli sahələrdə tətbiq olunur. Əgər belə zərurət yoxdursa, bu, artıq normadan kənara çıxır və sürücünü çaşdırır. Magistral yolda sürücü saniyələr içində qərar verir və informasiya nə qədər sadə olsa, təhlükəsizlik bir o qədər yüksək olar”.

Ekspertin sözlərinə görə, Azərbaycanın “Yol hərəkəti haqqında” Qanununa və Nazirlər Kabinetinin təsdiq etdiyi yol nişanlarının tətbiqi qaydalarına əsasən, nişanlar yol şəraitinə uyğun, görünən və sürücülər üçün aydın formada yerləşdirilməlidir:

“”Qanunvericilikdə eyni nişanın səbəbsiz şəkildə təkrar quraşdırılması birbaşa göstərilməsə də, “yol hərəkətinin təhlükəsizliyinə xələl gətirməməsi” və “sürücünü çaşdırmaması” prinsipi əsas meyar kimi nəzərdə tutulur. Yəni normativ aktlar yol nişanlarının sayının artırılmasını deyil, onların funksionallığını ön plana çəkir”.

Ekspertin fikrincə, problem təkcə nişanların çoxluğu deyil, həm də planlaşdırma mərhələsində yolun real xüsusiyyətlərinin nəzərə alınmamasıdır:

“Bəzi hallarda nişanlar layihə üzərində düzgün görünə bilər, lakin real hərəkət şəraitində sürücünün baxış bucağı, sürət rejimi və yolun relyefi nəzərə alınmadıqda bu nişanlar effektivliyini itirir. Nəticədə sürücü üçün informasiya bolluğu yaranır, lakin bu bolluq aydınlıq deyil, qarışıqlıq yaradır. Bu məsələ təkcə texniki deyil, həm də psixoloji yanaşma tələb edir.

Sürücü yol nişanını oxumamalı, onu avtomatik qavramalıdır.

Eyni nişanın iki dəfə qarşısına çıxması sürücüdə şüuraltı sual yaradır: deməli, burada fərqli nəsə var. Halbuki əksər hallarda heç bir fərq olmur. Bu da diqqətin əsas hədəfdən – yoldan yayınmasına gətirib çıxarır”.

Ələddinzadə qeyd edib ki, problemin həlli üçün yol nişanlarının yerləşdirilməsinə mütəmadi auditlərin keçirilməli, beynəlxalq standartlara uyğunlaşdırılmalı və sürücülərin real davranış modelləri nəzərə alınmalıdır:

“Yol təhlükəsizliyi yalnız nişanların sayı ilə deyil, onların düzgün və məntiqli istifadəsi ilə təmin oluna bilər. Əks halda, hətta yaxşı niyyətlə atılan addımlar belə sürücülər üçün əlavə risk mənbəyinə çevrilir”.

Nəqliyyat üzrə digər ekspert, yol infrastrukturu mütəxəssisi Eldəniz Cəfərov nocomment.az-a açıqlamasında bildirib ki, bu cür halların yol hərəkəti qaydaları və beynəlxalq standartlarla əsaslandırılması çətindir.

Onun sözlərinə görə, eyni yol nişanının ardıcıl və məsafəsiz quraşdırılması texniki zərurətdən deyil, daha çox planlaşdırma və icra mərhələsindəki uyğunsuzluqlardan qaynaqlanır:

“Normal praktika ondan ibarətdir ki, bir nişan sürücüyə informasiyanı ötürür və onun qərar verməsi üçün kifayət edir. Əgər nişan görünürsə və oxunursa, dərhal arxasınca eynisinin qoyulması nə təhlükəsizlik baxımından, nə də normativ baxımdan əsaslandırıla bilər”.

Ekspert qeyd edir ki, bəzi hallarda bu vəziyyət podratçı təşkilatların layihəni mexaniki şəkildə icra etməsi, real yol şəraitini nəzərə almaması ilə bağlıdır:

“Layihədə bir nişan əsas, digəri ehtiyat kimi göstərilir, amma sahədə onların arasında məsafə qoyulmur. Bu isə sürücünü çaşdıran absurda çevrilir. Sürücü düşünür ki, bəlkə ikinci nişan birincidən fərqli məna daşıyır, halbuki hər ikisi eynidir”.

Onun fikrincə, belə halların başqa bir səbəbi də yolun sonradan yenidən qurulması zamanı köhnə nişanların vaxtında sökülməməsidir:

“Nəticədə yeni quraşdırılan lövhə ilə əvvəlki nişan üst-üstə düşür və aralarında heç bir məsafə saxlanılmır.

Bu artıq təhlükəsizlik yox, məsuliyyətsizlik məsələsidir. Çünki magistral yolda sürücü saniyədə onlarla metr yol qət edir və onun diqqətini belə detallar yayındıra bilər”.

Eldəniz Cəfərov bildirib ki, Azərbaycan qanunvericiliyində yol nişanlarının sayının artırılması deyil, məntiqi və ardıcıl yerləşdirilməsi əsas prinsip kimi götürülür:

“Eyni nişanın iki dəfə, üstəlik ardıcıl verilməsi sürücünün şüuraltı reaksiyasını pozur. Yol nişanı sual yaratmamalıdır, cavab verməlidir. Bu qayda pozulanda yol təhlükəsizliyi də pozulur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:549
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri