Bakının mərkəzində eskalatorlar dayandı AAYDA dan AÇIQLAMA
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Şəhərin bəzi yeraltı keçidlərində eskalatorların işləməməsi məsələsi dəfələrlə gündəmə gətirilib. Növbəti belə şikayət Bakı Bulvarından Sahil istiqamətində yerləşən yeraltı keçidlə bağlıdır. Belə ki, keçiddəki eskalatorların heç biri işləmir.
Mövzuyla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, eskalatorların ehtiyyat hissəsində problem yarandığı üçün işlək vəziyyətdə deyil:
"Həmin eskalatorlarda problem yaşanır. Çünki həmin eskalatorun ehtiyyat hissələrinin dəyişdirilməsinə ehtiyac var. Həmin hissə ölkəmizdə istehsal edilmədiyi üçün AAYDA tərəfindən sifariş edilib”.
Açıqlamada qeyd edilib ki, lazımi ehtiyyat hissə çatdırıldıqdan sonra sözügedən eskalator işlək vəziyyətə gətiriləcək.
Nəzrin Mirzəyeva, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Sentyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















