Bakının mərkəzində illərdir işləməyən eskalatorlar Foto
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının ən sıx hərəkət olan ərazilərində yerləşən yeraltı piyada keçidlərində eskalatorların işləməməsi sakinlər üçün ciddi narahatlıq yaradır. Xüsusilə Heydər Əliyev adına parkın ərazisidə və "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında, o cümlədən Bakı Dövlət Universiteti istiqamətindəki keçidlərdə bu problem piyadaların gündəlik hərəkətini çətinləşdirir.
Bəs paytaxtın ən sıx ərazilərindəki yeraltı keçidlərdə eskalator problemi nə vaxt həllini tapacaq?
Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə açıqlamada yeraltı piyada keçidlərindəki 76 eskalatorun dəyişdiriləcəyi bildirilib.
Qurumdan qeyd edilib ki, yeraltı piyada keçidlərində yerləşən eskalatorlar keçidlərlə birlikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır:
“Dövlət tərəfindən qəbul edilən qərara uyğun olaraq noyabr ayından etibarən eskalatorların dəyişdirilməsi üçün hazırlıq işlərinə başlanılıb. Hazırlıq işləri başa çatdıqdan sonra 76 eskalatorun yenilənməsi prosesi həyata keçiriləcək. Dəyişdirilən və təhvil-təslim prosesi başa çatan eskalatorlar Bakı Şəhər İcra Hakimiyyətinin balansına veriləcək”.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanlanan sorğuya isə cavab verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 Noyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















