Bakının mərkəzində görünən “Tbilisi turu“ yazılı avtobusla bağlı AÇIQLAMA
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Son günlər Bakının mərkəzində, daha dəqiq desək, Qoşa Qala qapılarının yaxınlığında üzərində “Azərbaycan - Tiflis turu” yazılmış “Neoplan Bus” markalı avtobusların görünməsi böyük marağa səbəb olub. Bəzi iddialara görə, bu marşrutun həyata keçirilməsi Gürcüstanla quru sərhədin açılması ilə bağlıdır və Türkiyə şirkətləri Gürcüstan - Azərbaycan avtobus turları təşkil edirlər.
Operativ Media məsələni dəqiqləşdirmək üçün Türkiyənin adıçəkilən turoperatorları ilə əlaqə saxlayıb.
Şirkətdən bildirilib ki, “Tbilisi–Bakı” turu həqiqətən həyata keçirilib, lakin turistlərin Azərbaycana keçidi hava yolu ilə baş tutub. Şirkətin məlumatına görə, hazırda bu tur aktiv deyil.
Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 22 sentyabr 2025-ci il tarixində uzadılmış “xüsusi karantin rejimi” çərçivəsində bağlı qalıb və bağlanma müddəti 1 yanvar 2026-cı il saat 06:00-a qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Noyabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















