Bakının mərkəzində tarixi bina sökülür: Rəsmi qurumlardan ziddiyyətli AÇIQLAMA
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının mərkəzində yerləşən, 1896-cı ildə tikilmiş yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan bina sökülür. Söhbət Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsində yerləşən yaşayış binasından gedir.
Yenisabah.az xəbər verir ki, Oxu.Az-a müraciət edən sakinlər bildirirlər ki, söküntü işləri bir neçə ay əvvəl başlayıb və bu proses onlarda ciddi narahatlıq yaradır.
Sakin Günay Kazımovanın sözlərinə görə, bu ilin aprelində binanın giriş hissəsinə müdaxilə edilib. pizza hut
O bildirib ki, ərazidə söküntü işləri Səbail Rayon İcra Hakimiyyətinin göstərişi və kommunal idarənin müdiri Yadigar Əsgərovun rəhbərliyi ilə aparılır:
"Bu proses zamanı binanın domofonu və giriş qapısı sındırılıb. Biz onlara açar düymə təklif etdik ki, gün ərzində qapı açıq qalsın, axşam bağlansın. Çünki ərazi təhlükəlidir, tez-tez oğurluq hadisələri baş verir. Amma razılaşmadılar. Biz dəfələrlə qapını bərpa etsək də, yenə sındırırlar. İki mənzilə daxil olub, onların da qapı və pəncərələrini dağıdıblar. İndi dam hissəsinə keçiblər, ora da yararsız hala düşüb. Bu isə bizim mənzillərə də zərər vurur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 İyul 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















