Bakının məşhur kafesi sökülür? RƏSMİ AÇIQLAMA
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Xətai rayonu, Zığ şossesi -14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
Ölkə.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək.
Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək.
Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan "Nargilə" kafesi də var.
Digər tərəfdən bildirilir ki, Xətai Rayon İcra Hakimiyyətindən Caliber-ə verilən məlumata görə, göstərilən ünvanda yol infrastrukturu işləri Dövlət Proqramı çərçivəsində həyata keçirilə bilər, lakin hələlik konkret qərarlar qəbul edilməyib; ərazi üçün müxtəlif dizayn variantları nəzərdən keçirilir.
Nəqliyyat vəziyyətinin qiymətləndirilməsinə əsasən, kafenin və yaxınlıqdakı binaların sökülüb-sökülməməsi barədə qərar veriləcək.
Hazırda rayonun icra hakimiyyəti planlaşdırılan söküntü ilə bağlı heç bir rəsmi məlumat almayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















