Bakının məşhur bazarında gərginlik: Satıcılara ərazini tərk etmək tapşırıldı VİDEO
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Nizami rayonunda, xalq arasında "8-ci kilometr bazarı" kimi tanınan ərazidə çalışan ticarətçilər ciddi problemlə üzləşiblər. Onlar uzun illərdir fəaliyyət göstərdikləri ərazidən çıxarılmaları səbəbi ilə narazılıqlarını bildirirlər.
Moderator.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur.
Ticarətçilərin sözlərinə görə, 20-25 ildir ki, məhz bu ərazidə satışla məşğul olurlar. Lakin son vaxtlar aidiyyəti qurumlar tərəfindən onlara ərazini tərk etmələri barədə göstəriş verilib. Satıcılar iş yerlərinin bağlanmasına etiraz edərək, alternativ yerlərin təklif olunmamasından və maddi çətinliklərlə qarşılaşdıqlarından şikayətlənirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlama verib. O bildirib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etmədiyi yerlərdə küçə ticarətinin təşkili qanunvericiliyin tələblərinə ziddir. Qanunsuz küçə ticarəti səkilərin zəbt edilməsinə, piyadaların hərəkətinin məhdudlaşdırılmasına və ərazilərdə antisanitar vəziyyətin yaranmasına səbəb olur.
Bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən müntəzəm olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 İyun 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















