Qəzvində səyyar satıcılara qarşı zorakılıq Etiraz aksiyası keçirildi
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Qəzvin Bələdiyyəsinin əməkdaşlarının küçə satıcılarına qarşı zorakı davranışı etiraz aksiyasının keçirilməsinə səbəb olub.
Gunaz.tv
Bu haqda yerli sosial media şəbəkəsində məlumat və videola yayılıb.
Yayılan videolarda hökumət məmurlarının səyyar satıcıların mallarını müsadirə etdikləri, buna etiraz edən satıcıların ağır şəkildə döyülərək həbs edildiyi müşahidə olunur.
Videoların sosial mediada yayılmasından sonra bir qrup qəzvinli və səyyar satıcı Qəzvinin Ədliyyə İdarəsinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
Onlar zorakılıq edən bələdiyyə əməkdaşlarının cəzalandırılmasını tələb ediblər.
Bundan sonra Qəzvinin Ədliyyə İdarəsi açıqlama verərək hadisədə qanunların pozulduğunu bildirib və məsələ ilə bağlı hüquqi iş qaldırıldığını açıqlayıb.
Bildirilib ki, qanunvericiliyə əsasən, bələdiyyə işçiləri Ədliyyə İdarəsinin əməkdaşı hesab olunmur və vətəndaşlarla fiziki qarşıdurmaya girmək səlahiyyətləri yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 01 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















