Icma.az
close
up
RU
Bakının problemlərinin həlli: “Böyük Şəhər Bələdiyyəsindən keçir

Bakının problemlərinin həlli: “Böyük Şəhər Bələdiyyəsindən keçir

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Düşünürəm ki, artıq Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır”. 

Bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu “Cebheinfo.az”-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu addımı atmaq mütləqdir:

“Vətəndaşı təyin edilmiş yox, seçdiyi insanlar idarə etməlidir. Bunun üçün də bələdiyyələrin səlahiyyəti artırılmalıdır, sonda da böyük şəhər bələdiyyələri yaradılmalıdır. Vətəndaşa xidmət etmək üçün bələdiyyələrin büdcəsi olmalıdır.

Hazırda bələdiyyələrin büdcəsi və ya texnikası yoxdur. Hətta işçiləri belə maaş almır. Yəni könüllülük prinsipi ilə iş qurulub. Bu şəkildə hansı xidmətdən söhbət gedə bilər? Ona görə də mütləq şəkildə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır”.

Partiya sədri bələdiyyələrə aşağıdakı səlahiyyətlərin verilməsini təklif edib:

“Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakıda təşkil etdiyi parkinqlər bələdiyyələrə verilməlidir. Parkinqlərdən gələn vəsaitlər də bələdiyyələrin büdcələrinə daxil olmalıdır. 

Həmçinin, AYNA-dan gələn cərimələr də vətəndaşa xidmət etmir. Məgər Bakı qarlı qalanda AYNA xidmət edir? Yox! Ona görə də parkinq və cərimə pulları vətəndaşa xidmət edən bələdiyyələrə verilməlidir”.

Ağasif Şakiroğlu qeyd edib ki, Mənzil Kommunal İstismar Sahələrinin də fəaliyyəti yoxdur:

“Buna baxmayaraq, zibil və ev pulu yığırlar. Əgər mənzil istismar sahələri ləğv olunsa, zibil və ev pulları da bələdiyyələrin büdcəsinə daxil olar.  Bundan başqa, icra hakimiyyətlərinin də bəzi səlahiyyətləri bələdiyyələrə verilməlidir.

İcra hakimiyyətləri sadəcə nəzarətedici orqan olaraq qalmalıdır. Yəni bir növ Türkiyədəki kimi valilik prinsipi olmalıdır. Bələdiyyələrin isə vətəndaşlara xidmət etmələri üçün büdcəsi, texnikası, parkinqləri və hətta avtobus xətləri olmalıdır.

Bu məsələlər mütləq nəzərə alınmalıdır və biz nələrisə düzəltməliyik. Hesab edirəm ki, bununla bağlı gələcək dövrlərdə qanunvericiliyə dəyişiklər ola bilər”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: böyük şəhər bələdiyyələri bələdiyyə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri