Icma.az
close
up
RU
Balkondan balkona salamlaşan şəhər: Bakının yeni “yaxınlığı”

Balkondan balkona salamlaşan şəhər: Bakının yeni “yaxınlığı”

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda son illər elə binalar tikilir ki, artıq divar yox, sanki ortaq qulaq membranı inşa olunur. Bir binada asqıran adamın səsi qonşu binada “çox yaşa” cavabı ilə qarşılanır. Hətta bəzən cavab gecikəndə adam inciyir: axı səs bu qədər aydın gedibsə, niyə reaksiya yoxdur?

Bu evlərdə səs izolyasiyası anlayışı ancaq elanlarda mövcuddur. Makler deyir: “Divarlar keyfiyyətlidir, səs keçirmir”. Sakin isə gecə saat üçdə yuxudan oyanıb qonşu binadakı ailə münaqişəsinin üçüncü raundunu dinləyir.

Balkonlar ümumiyyətlə başqa mövzudur. Bakının yeni tikililərində balkonlar ünsiyyət üçün nəzərdə tutulub. Sən çay süzürsən, qarşı binanın balkonu “şəkər atdın?” deyə maraqlanır. Uşaq ağlayır, iki bina o tərəfdən analıq məsləhətləri gəlir. Belə getsə, “balkonlararası WhatsApp qrupu” yaratmağa ehtiyac qalmayacaq hamı canlı bağlantıdadır.

Bu yaxınlıq bəzən insanı o qədər sosiallaşdırır ki, istəmədən başqasının həyatının bir hissəsinə çevrilirsən. Qonşu binada kim-kimə borcludur, kimin qayınanası nə vaxt gələcək, kimin maaşı gecikib hamısı açıq mənbədir. İstəməsən də eşidirsən.

Ən maraqlısı odur ki, bu binalar “komfortlu yaşayış kompleksi” adı ilə təqdim olunur. Komfort anlayışı da yəqin ki, yenilənib. Artıq komfort tək qalmaq deyil, başqalarının həyatını HD keyfiyyətdə dinləməkdir. Sakitlik istəyənlər üçünsə qulaqlıq tövsiyə olunur öz evində.

Memarlar bu yaxınlığı yəqin ki, ailə dəyərlərinin möhkəmləndirilməsi kimi düşünüblər. Axı insan qonşusunu tanımalıdır. Amma bizdə tanımaq söhbətlə deyil, səs dalğası ilə baş verir. Hələ pəncərələr üz-üzədirsə, artıq bu təkcə səs deyil, mimika və jestlər də paketə daxildir.

Belə görünür ki, Bakıda ev seçərkən artıq kvadrat metrə yox, desibel məsafəsinə baxmaq lazımdır. Yoxsa bir gün oyanıb anlayacaqsan ki, sən təkcə öz evində yox, yarım məhəllənin həyatındasan. İstəmədən, amma çox səmimi şəkildə.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Yanvar 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri