Icma.az
close
up
RU
Bakının qəhrəman və aktyor gəmiləri Son dayanacaqdan REPORTAJ

Bakının qəhrəman və aktyor gəmiləri Son dayanacaqdan REPORTAJ

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gəmilər vaxtilə Xəzər sularında üzüb. İndi isə istismar müddətini başa vurub və sahildə səssizcə sonlarını gözləyən “təqaüdçülərə” çevriliblər – “Gəmi qəbiristanlığında”...

Lent.az Gəmi Təmiri Zavodunun yaxınlığındakı istismara yararsız gəmilərin yığıldığı ərazidən reportajı təqdim edir. 

“Bibiheybət” ərazisindəyəm. İşə tələsən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) əməkdaşları velosipedlə yanımdan ötüb keçirlər. Nəhayət, gəmilərin olduğu əraziyə çatıram. “VİXR-3”, “VİXR-8” adlı və Sabit Orucov, Əli Əmirov və Samir Quliyev adına olan gəmilər yanaşı düzülüb. Gəmilər olduqca köhnə və aşağı hissələri paslanmış görünür.

Bu gəmilərin arasında mənə özəlliklə maraqlı olan “Sabit Orucov” gəmisidir. Sabit Orucov SSRİ qaz sənayesi naziri, alim olub. Bu gəmi 1990-cı il 20 Yanvar faciəsi zamanı Bakı buxtasında tarixi rol oynayıb. Həmin günlərdə Bakı buxtasında olan bütün mülki gəmi kapitanlarının məşvərət komitəsi və əməliyyat qərargahı məhz bu gəmidə fəaliyyət göstərib, dənizçilərin birgə fəaliyyətinin koordinasiyası buradan həyata keçirilib “Sabit Orucov” gəmisi dənizçilərin təşkilatlanmasında və taktiki müqavimətinin mərkəzinə çevrilib, Bakı buxtasına giriş-çıxışın bağlanmasında əsas rol oynayıb.

İndi isə sahildə utilizasiya olunub metalloma veriləcəyi günü gözləyir. Dənizin suyu çəkildiyi üçün gəminin aşağı tərəfində neftə bulaşmış suyun izi qalıb. Yanımdan velosipedlə keçən orta yaşlı bir kişi gəmiyə maraqla baxıb fotolarını çəkdiyimi görüb sürətini yavaşladır. 

- Salam...

Kişi velosipedi saxlayıb salamımı alır.

- Bilmirsiz, bu gəmiləri nə edəcəklər? "Sabit Orucov"un maraqlı tarixi var...

- Maraqlı tarixi yoxdu, elə tarixdir o gəmi. Nə edəcəklər? Lazım olan hissələri götürüb verəcəklər metalloma. Sən uşaqsan, bilməzsən, 20 Yanvar hadisələri vaxtı bilirsiz nə qədər iş görüb bu gəmi? 

Faciə zamanı ilk beynəlxalq SOS siqnalı da məhz bu gəmidən verilib. Gəmi vasitəsilə dənizçilər baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmağa nail olublar. Burada təcrübəli 7 gəmi kapitanı, eləcə də ağsaqqallar və fəal dənizçilər toplaşmışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsilə gəmilərə ötürülür, müzakirələr aparılandan sonra qəbul edilən bəzi qərarlar həyata keçirilirdi.

“Sabit Orucov” gəmisi həm də hərbi gəmilərin qarşısını kəsərək Bakı Buxtasını bloklayan gəmilərdən biri olub. Gəmi həmin vaxt gülləbaran edilib. Gəminin kapitanı Mövlud Əliyev olub. Heyət üzvlərinin dediyinə görə, güllə yerləri hələ də qalır. Lakin gəminin içərisinə daxil ola bilmədiyimizə görə, həmin izləri görə bilmədik.

Gəminin heyət üzvləri sonradan həbs edilib. Həmin heyət üzvlərindən biri ilə müsahibəni yaxın günlərdə təqdim edəcəyik.

“Sabit Orucov” gəmisinin taleyi necə olacaq?

Bu barədə Lent.az-a danışan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi bildirib ki, texniki vəziyyəti və təhlükəsizlik göstəriciləri müəyyən edilmiş tələblərə cavab verməyən gəmilər müvafiq prosedurlara uyğun olaraq qeydiyyatdan çıxarılır:

“Bundan sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) tərəfindən ixtisaslaşmış şirkətlərlə bağlanmış müqavilələr əsasında həmin gəmilər metallom kimi utilizasiya olunmaq üçün təhvil verilir.

Qeyd edilməlidir ki, texniki baxımdan yararsız və təhlükəsizlik tələblərinə cavab verməyən gəmilərin istismarı beynəlxalq dənizçilik konvensiyalarına ziddir. Bu yanaşma dənizdə hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və insan həyatı üçün risklərin qarşısının alınması baxımından əsas prinsiplərdən biridir”.

Zənnimcə, belə maraqlı tarixi olan qəhrəman gəmi muzeyə çevrilməli və öz tarixçəsi ilə bulvarda nümayiş edilməlidir...

Bu gün sizə başqa bir gəmidən də bəhs edəcəyik. Çoxunuzun gördüyü, lakin tarixindən xəbərsiz olduğu bir gəmiyə yolüstü baş çəkirəm. “Xalça muzeyi”nin arxası, “Dəniz Mall”ın yanında, dənizdə sadəcə paslanıb şürümüş qalıqları görünən “Kodor” gəmisi.

Sahildəyəm. İnsanlar bir hissəsi suyun üzündə olan gəmiyə fikir vermədən dəniz kənarında dayanıb siqaret çəkir, tum çırtlayırlar. Qağayılar gəminin paslanmış hissələri arasında gəzişir, dalğaların gətirdiyi yem axtarırlar. Diqqətlə baxanda gəmidə insanların atdığı su butulkaları, siqaret kötüklərini görmək olur.


Gəmi adını Abxaziyadakı Kodor çayından almışdı. O, Finlandiyanın Turku şəhərində 1947-ci ildə inşa edilib. Finlər bu gəmini balıq toplamaq və dənizdə balıqçılara təchizat aparmaq üçün inşa etmişdilər. 

Bəs “Kodor” Bakıya necə gəlib?

İkinci Dünya Müharibəsindən sonra Finlandiya SSRİ-yə təzminat ödəməli idi. SSRİ Dəniz Donanması Nazirliyinin sifarişi əsasında 1946-cı ildən 1953-cü ilədək təzminat borcunun bir hissəsi olaraq ümumilikdə 102 ədəd taxta yelkənli gəmi inşa edilərək istifadəyə verilib. Bu gəmilərin ümumi dəyəri 66,2 milyon dollar dəyərində idi ki, bu da ümumi təzminat məbləğinin təxminən 30%-i demək idi. O, 44-50 sərnişin və əlavə 15 nəfərlik heyət daşıya bilirdi.

Leninqrad Dənizçilik Məktəbinə məxsus olan bu gəmi kursantlarla birlikdə Atlantik okeanının sularında və 11 dənizdə,  əsasən, Baltik dənizində səyahətlər edirdi. “Kodor” təxminən otuz il istismarda olmuşdu. Onun göyərtəsində təxminən üç min dənizçilik kursantı təcrübə keçib və onlar sonradan yüksək ixtisaslı dəniz mütəxəssisləri olublar.

1983-cü ildə “Kodor” gəmisi Bakı yaxta klubuna hədiyyə edildi. Bir neçə dəfə“Kodor” yelkən açaraq su-idman bayramlarında iştirak etdi, daha sonra isə hərbi gəmi təmir zavoduna göndərildi. Daha sonra isə gəmini “Kapitan Qranın axtarışında” filminin çəkilişləri üçün Bakıdan aparıblar. O vaxta qədər “Kodor”un artıq “aktyorluq təcrübəsi” var idi. Onu “Xəzinə adası” və “Arabella, Piratın qızı” (1982) filmlərində istifadə etmişdilər.

Xəzər dənizində rejissor Stanislav Govoruxinin istədiyi kimi sahil qayaları tapılmadığı üçün “Kapitan Qranın axtarışında” filminin çəkilişləri Krımda və Bolqarıstanda aparılmışdı. “Kapitan Qranın axtarışında” filminin çəkilişindən sonra “Kodor” Bakıya qayıtdı, 1986-cı ildə isə yenidən şəhəri tərk etdi. Bu dəfə isə Jül Vernin “On beş yaşlı kapitan” romanının motivləri əsasında çəkilən “Kapitan Piliqrim” filmində iştirak edəcəkdi.

Çəkilişdən sonra “Kodor”  Bakıya qayıtdı və bir daha buranı tərk etmədi. Bakıda hər kəs ümid edirdi ki, bu dəfə gəmi mütləq Dənizçilik Məktəbinə veriləcək. Ya da ən azından səyahət gəmisi kimi fəaliyyət göstərəcək. Lakin o qədər filmə çəkilən və maraqlı tarixçəsi olan bu gəmi sonda Bakıda mədə-bağırsaq müstəvisinə salınıb restorana çevrilir.

1999-cu ilin avqustunda hələ də restoran kimi fəaliyyət göstərən “Kodor” yandı. Yanğın təsadüfən çıxmışdı, ya qəsdən törədilmişdi, bu, bilinmir. Xəzərin coşub-daşan vaxtlarında suyun dibinə çöküb balıqların gizli bir qəsrinə çevrilən gəmi dənizin çəkilməsi səbəbilə bir hissəsi üzə çıxıb maraqlı və bir o qədər də kədərli taleyindən xəbərsiz sakinlərin “göz zövqünü korlamaqla” məşğuldur...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri