Bakının sülh sazişi ilə bağlı son tələbi İrəvandan açıqlama
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, jurnalistlərlə söhbətində Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması barədə suala da cavab verib.
Ermənistan Konstitusiyası ilə bağlı dəyişikliklərə toxunan Srbuhi Qalyan qeyd edib:
“Müstəqillik Bəyannaməsinin qorunub saxlanılıb-saxlanamayacağından asılı olmayaraq, bu, tarixi reallıqdır. Yəni, “Üçüncü Respublika” yalnız Müstəqillik Bəyannaməsi sayəsində mövcud ola bilib və bu, tarixi sənəddir, tarixi reallıqdır”.
Xatırladaq ki, ədliyyə naziri bundan əvvəl bəyannaməyə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb.
Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















