Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Sülh marafonu: Bakının İrəvandan önəmli gözləntisi

Sülh marafonu: Bakının İrəvandan önəmli gözləntisi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Nazir Ceyhun Bayramov nələri vurğuladı?

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun iki gün əvvəl jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Bakı-İrəvan münasibətlərində münaqişədən sonrakı keçid mərhələsi başa çatıb və sülh gündəliyi real siyasi mərhələyə qədəm qoyub. Bu, son dərəcə vacib məqamdır. Deməli, Azərbaycanın hədəfi konkretdir. Hədəf sülh gündəliyini real siyasi mərhələyə daşımaqdır və bu istiqamətdəki öhdəliklərin yerinə yetirilməsində ardıcıllıq və prinsipiallıq göstərilməlidir. Göstərilməlidir ki, barış mühiti fundamentallıq qazansın.

C.Bayramov faktiki olaraq bildirib ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlarda yekun sülh sazişinin imzalanmasına maneə predmeti yoxdur. Yəni top qarşı tərəfdədir. Bu isə o deməkdir ki, barış müqaviləsinin imzalanmasındakı çətinlik Ermənistanın daxili hüquqi-siyasi öhdəliklərinin icrası ilə bağlıdır. Bir qədər əvvəl vurğuladığımız ardıcıllıq və prinsipiallıq da elə buna görə vacibdir. Yəni erməni tərəfi duruma həssas yanaşmalıdır.

Bəli, Azərbaycan XİN rəhbəri artıq sülh dövrünün başladığını təsadüfən vurğulamır. Belə yanaşma diplomatiyamızın postmünaqişə mərhələsinə verdiyi siyasi qiymətin davamıdır. Deməli, ölkəmiz 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitində əldə olunmuş razılaşmalarla Ermənistanla münasibətlərindəki əsas prioriteti hərbi-siyasi qarşıdurmanın idarə edilməsindən sülhün institusionallaşdırılmasına daşıyıb. Duruma mövcud prizmadan yanaşsaq, hazırda İrəvanın barəsində söz açdığımız öhdəliyi, bir növ, alaq otudur. Yəni Ermənistan gerçək və real sülh naminə alaq otlarından xilas olmalıdır. Elə C.Bayramov da təxminən, bunu deyir. Azərbaycan XİN rəhbərinin ifadə etdiyi məntiq əsasında bu nəticə hasil olur ki, sülh dövrünün başlaması ilə sülh sazişinin imzalanması eyni anlayış deyil. Yəni ölkəmizin baş diplomatı bu iki məsələni bir-birindən ayrı tutur. Nəzərə alaq ki, sülh dövrünün başlanması faktiki münasibətlərin yeni mərhələyə keçdiyini göstərirsə, sülh sazişinin imzalanması bu mərhələnin hüquqi-siyasi sənədlə rəsmiləşdirilməsidir. Onu da nəzərə alaq ki, belə bir rəsmiləşmə, eyni zamanda, gələcək üçün müstəsna təminatdır. Təminat isə sülhün dönməzliyi və daimiliyi baxımından son dərəcə önəmlidir.

Göründüyü kimi, Bakının mövqeyi dəyişmir. C.Bayramovun bildirdikləri isə ölkəmizin Ermənistanla sülh üçün irəli sürdüyü şərtin siyasi çəkisini artırır. Bu yanaşma özlüyündə xəbərdarlıqdır: kimsə düşünməsin ki, barış sazişi fundamental məqamlar nəzərə alınmadan imzalanacaq. Belə bir hal yolverilməzdir. Axı dedik ki, sülh təminatlı olmalıdır. Təminatlı olmalı və gələcək nəsillər üçün miras mahiyyəti daşımalıdır.

Sülhün şərtinə gəldikdə, bu, ötən ilin Vaşinqton sammitindən, yəni Azərbaycan və Ermənistan arasında barış sazişinin paraflanmasından dərhal sonra da səsləndi. Prezident İlham Əliyev Birləşmiş Ştatların paytaxtında ölkəmizin media vasitələrinə müsahibəsində bildirdi ki, Ermənistan üçün ev tapşırıqları var. Söhbət, əlbəttə ki, konstitusiya dəyişikliyindən gedir. Axı sülh istəyən ölkənin əsas qanununda sülh bağladığı məmləkətə qarşı ərazi iddiası olmamalıdır. Məsələni dramatikləşdirməyə, əsla, ehtiyac yoxdur. Ermənistanda isə Azərbaycanın irəli sürdüyü şərti, az qala, faciə həddinə çatdıranlar, “Bakı İrəvanı alçaldır”, - deyib şivən qaldıranlar var. Əlbəttə, belələrinin hansı dairələrin sifarişlərini yerinə yetirdikləri aydındır. Öz işləridir, amma hər kəs – həm Ermənistan rəhbərliyində təmsil olunanlar, həm onların xaricdəki dəstəkçiləri, həm də hay müxalifəti – anlamalıdır ki, Azərbaycan heç bir maksimalist mövqe tutmur. Ölkəmiz gözlə görünən anormallığın aradan qalxmasının tərəfdarıdır. Anormallıq isə, ilk növbədə, Ermənistanın, erməni xalqının özünə ziyandır. Təsəvvür edin, ermənilərin XX əsrdə yaratdıqları müstəqil dövlət əsasını başqa dövlətin ərazisindəki muxtar vahidin qərarından götürür. Bu, nə dərəcədə məntiqidir? Sualımız ritorikdir. Axı həmin muxtar vahid fəaliyyətini dayandırıbsa, yaxud ləğv edilibsə, Ermənistanın bir dövlət kimi yaranmasının hüquqi əsası olmur. Hazırda faktiki durum məhz vurğuladığımız kimidir. Dağlıq Qarabağ Muxtar Vilayəti yoxdur. Ermənistan da yox olsun? Bu sual da ritorikdir.

Əlqərəz, Ermənistan konstitusiyasında yer almış Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsi Bakı üçün Ermənistanın daxili siyasi gündəmi prizmasında qiymətləndirilməyəcək durumdur. Ölkəmizin yanaşmasına görə, iki dövlət arasında imzalanacaq sülh sənədi gələcəkdə yeni ərazi iddialarının hüquqi-siyasi əsasına çevrilməməlidir və bu məqam istər Ermənistanda, istər erməni kluarlarında ciddi şəkildə, soyuq başla dərk edilməlidir. C.Bayramovun konstitusiya dəyişikliyi məsələsini xüsusi vurğulaması isə onu göstərir ki, Azərbaycan sülh sazişinin imzalanmasını formal diplomatik prosedur deyil, uzunmüddətli və davamlı sülhün hüquqi təminatı kimi görür. Ona görə də Bakı mövcud istiqamətdəki gözləntilərini davam etdirməkdə haqlıdır.

Bəli, gözləntilərini davam etdirən Azərbaycan Ermənistanda parlament seçkilərindən sonraya fokuslanır. Nazir C.Bayramovun da bildirdiyi budur. Nazir demək istəyir ki, Ermənistanın seçkiqabağı ritorikası artıq geridə qalmalı və yeni siyasi mərhələdə İrəvan konkret qərarlar qəbul etməlidir. Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin sonuna qədər konstitusiya prosesi, yeni əsas qanunla bağlı dilə gətirdiyi fikirlər var və həmin fikirlər reallığa çevrilməlidir.

Yeri gəlmişkən, Nikol yeni əsas qanunda İstiqlaliyyət Bəyannaməsinə istinadın olmayacağını vurğulamışdı. O Bəyannamə ki, Ermənistan konstitusiyası ona istinad yüklüdür və bir qədər əvvəl haqqında söz açdığımız və təfərrüatlarını açıqladığımız ərazi iddiası məhz bu sənəddən qaynaqlanır. Bakı isə həm Paşinyanın, həm də ümumən, rəsmi İrəvanın digər təmsilçilərinin bəyanatlarını, sadəcə, ritorika kimi deyil, müəyyən vaxt çərçivəsi formalaşdıran siyasi öhdəlik kimi nəzərdən keçirir. Bayramovun fikirlərindən gəlinən qənaət budur və Ermənistandan gözləntimiz ölkəmizin sülh prinsipiallığı və ardıcıllığı baxımından mühüm məqamdır. C.Bayramovun fikirlərinin ən mühüm diplomatik cəhətlərindən biri də onun sülh sazişinin imzalanması üçün imkanların mövcudluğunu vurğulamasıdır. Bu, kifayət qədər, konstruktiv mesajdır. Yəni Azərbaycan barışı dalana dirənmiş hesab etmir. Əksinə, Bakı Ermənistanın üzərinə düşən addımları atacağı təqdirdə, prosesin sürətlə irəliləyə biləcəyinin mesajını verir. Sürətlə irəliləmə isə Azərbaycan-Ermənistan münasibətlərində tam dinamizm deməkdir. O dinamizm ki, onun ilkin işartıları və daha böyük dividendləri var.

Azərbaycan XİN rəhbərinin açıqlamasından sonra bir daha əminlik formalaşır ki, ölkəmiz sülhün hüquqi baxımdan tamamlanmasını gözləyən tərəfdir. Bu gözləntini ifadə edən fikir təkcə Ermənistana deyil, bütövlükdə, dünya ictimaiyyətinə dərin mesaj məzmunu daşıyır. Hər halda, C.Bayramovun Vaşinqton sammitini “tarixi” adlandırması təsadüfi deyil. Çünki sammitin nəticələri Azərbaycan–Ermənistan münasibətlərini yalnız ikitərəfli müstəvidə deyil, Cənubi Qafqazın yeni geosiyasi arxitekturası çərçivəsində təsdiqləyir. Dünya belə bir çərçivənin tam qərarlaşmasında maraqlıdırsa, deməli, sülhün fundamentallığa qovuşmasında da maraqlı olmalıdır. Bu işi sonraya saxlamaq, zamana buraxmaq olmaz.

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri