Icma.az
close
up
RU
Bakının xilas planı təsdiqləndi Rayonlarda da gözlənilir

Bakının xilas planı təsdiqləndi Rayonlarda da gözlənilir

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu qərar indiki mərhələdə həm diqqətçəkən, həm də ümumi mənada olduqca vacib bir addımdır.

Azərbaycanda şəhərsalma və onun tərkib hissəsi olan şəhər planlamasına ehtiyac ildən-ilə artan bir çağırışa çevrilib. Əhali sayının çoxalması urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində yeni infrastruktura olan tələbatı yüksəldir. Paytaxt Bakının yükünün davamlı şəkildə artması regionların inkişafının daha kompleks və sistemli şəkildə təşkili zərurətini yaradır.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası dövlətin əsas prioritet məsələlərindən biridir. Yeni çağırışlar şəhərsalma yanaşmalarının daha müasir, kompleks və sistemli şəkildə formalaşdırılmasını zəruri edir. Bu baxımdan şəhərlərin yalnız fiziki genişlənməsi deyil, həm də funksional, ekoloji və sosial baxımdan yenidən planlaşdırılması əsas prioritetə çevrilməlidir.

Xüsusilə qeyd etmək lazımdır ki, şəhər quruluşunun planlanmasında yeni mərhələyə qədəm qoyulmalıdır. Müasir şəhərsalma yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır; nəqliyyat sistemləri, ictimai məkanlar, sosial infrastruktur, iş yerləri və ekoloji balans vahid konsepsiya çərçivəsində nəzərdən keçirilməlidir.

Son illərdə ölkədə bu sahədə mühüm işlərə start verilib. Paytaxt Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində sadaladığım meyarlar əsas götürülür. Lakin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin artıq zərurətə çevrildiyini, o cümlədən dövlətin bu məsələyə daha kompleks yanaşacağını göstərir.

Dünyanın bir çox ölkəsində “yaşıl şəhərlər” konsepsiyası qəbul edilib. Bu yanaşma ekoloji dayanıqlılığı, hava və həyat keyfiyyətini, həmçinin insan sağlamlığını ön plana çıxarır. “Ağıllı şəhərlər” isə rəqəmsal texnologiyalar vasitəsilə enerji istifadəsini, nəqliyyatı, kommunal xidmətləri və şəhər idarəçiliyini daha səmərəli edir. Bu modelin ölkəmizdə tətbiqi həm dövrün tələblərinə uyğunlaşmaq, həm də gələcək perspektivdə bir çox sahədə mühüm yeniliklərə yol açmaq baxımından əhəmiyyətlidir.

Qeyd edilən təşəbbüsün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən şəhərləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri klassik şəhərsalma nümunəsi deyil, sıfırdan formalaşdırılan müasir urbanist model kimi qiymətləndirilə bilər. Bu regionlarda ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi yalnız yaşayışın bərpasına yox, o cümlədən iqtisadi inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünün stimullaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edəcək.

Xüsusilə vurğulamaq lazımdır ki, düzgün planlama və gələcək perspektivə hesablanmış dövlət qayğısı nəticəsində Bakının yükü əhəmiyyətli dərəcədə azala, regionlar isə paytaxtdan asılı olmadan inkişaf edə bilər.

Digər mühüm məqam şəhərsalma prosesinin tarixi-mədəni irsin qorunması ilə paralel aparılmasıdır. Təəssüf ki, paytaxt Bakı da daxil olmaqla bəzi ərazilərdə tarixi məkanlar ya baxımsız qalır, ya da səhlənkarlıq nəticəsində sıradan çıxır. Halbuki ölkənin bir çox şəhər və rayonlarında yerləşən tarixi abidələrin həm bərpasına, həm kompleks təmirinə, həm də müasir şəhərsalma modeli ilə inteqrasiyasına ehtiyac var. Şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Əksinə, memarlıq irsinin qorunması və müasir şəhər mühiti ilə harmoniyalı şəkildə inteqrasiya olunması şəhərlərin kimliyini və estetik dəyərini daha da artırır.

Nəticə etibarilə, şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir. Planlaşdırma, ekoloji davamlılıq, ağıllı texnologiyalar, tarixi irsin qorunması və regional inkişaf vahid strategiya çərçivəsində həyata keçirilməlidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə institusional və ideoloji baza formalaşdırır. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi qarşıdakı dövrdə görüləcək işlərin daha effektiv olacağına əminlik yaradır.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri