Icma.az
close
up
RU
Bakının yaratdığı yeni reallıqlar: Artıq Avropa Azərbaycana can atır Şərh

Bakının yaratdığı yeni reallıqlar: Artıq Avropa Azərbaycana can atır Şərh

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yeni dünya nizamının formalaşdırılması fonunda baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr və enerji təhlükəsizliyi ilə bağlı qlobal narahatlıqlar beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Belə bir mürəkkəb, çoxqütblü şəraitdə çevik siyasət yürüdüb milli maraqları qlobal səviyyədə səmərəli şəkildə müdafiə etməklə inkişafa nail olmaq, eyni zamanda beynəlxalq münasibətlər sistemində özünəlayiq yer tutmaq hər bir dövlət üçün xüsusi əhəmiyyət kəsb edir. Biz birmənalı şəkildə qeyd edə bilərik ki, bu baxımdan Azərbaycan xalqının və dövlətinin şansı gətirib. Cənab Prezident İlham Əliyev yürütdüyü uğurlu çoxvektorlu diplomatiyası nəticəsində qlobal çağırışlara zamanında çevik reaksiya verərək geosiyasi “suqsvanq” vəziyyəti yaratmaqla Azərbaycanı davamlı qələbələrə imza atan, dünyada yeni reallıqlar yaradan bir ölkəyə çevirdi. Məhz bu yürüdülən uğurlu diplomatiyanın nəticəsidir ki, Azərbaycan artıq qlobal miqyasda sülhə, əməkdaşlığa və təhlükəsizliyə töhfə verən “orta güc” kimi qəbul olunmaqdadır”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev Prezident İlham Əliyevin Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirakını şərh edərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev bu uğurlara Avropa və Asiyanın strateji kəsişməsində yerləşən Azərbaycanın coğrafi məkanını fürsətlərə çevirməsi nəticəsində imza ata bilib:

“Prezident İlham Əliyevin praqmatik düşüncə və milli maraqların qorunması çərçivəsində istər Avropa, istər Şərq, istər Şimal, istərsə də Cənubla çoxşaxəli və balanslaşdırılmış diplomatiyası nəticəsində nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqaz bir-birinə rəqib olan güclər arasında əməkdaşlıq körpüsü rolunu oynayan mərkəzə çevrilib. Nəticədə Avropa ilə Asiyanı birləşdirən bağlantı layihələrinin böyük bir qismi Cənubi Qafqaz üzərindən reallaşdırılmaqdadır.

Düzgün müəyyənləşdirilən strategiyanın nəticəsidir ki, bu gün Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, eyni zamanda gələcəkdə bu rolunu daha da artıraraq ciddi aktor rolunda çıxış etmək iddiasını ortaya qoyub. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir ki, bunun da 10-dan çoxu Avropa ölkəsidir. Bu gün Avropaya boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Qarşıdakı mərhələdə Azərbaycan qazının Avropaya ixrac coğrafiyasının daha da genişlənməsi nəzərdə tutulur.

Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində etibarlı rolunu oynamaq üçün enerji təchizatının şaxələndirilməsi istiqamətində ciddi layihələrin üzərində işləyir. Növbəti mərhələdə Azərbaycan yaşıl enerjiyə keçid etməklə Avropaya elektrik enerjisi ixracı üzərində çalışır. Azərbaycanın qarşıdakı hədəfi Avropa ilə Asiya arasında yaşıl dəhliz formalaşdırmaqla Qlobal Şimalla Qlobal Cənub arasında uğurlu əməkdaşlıq körpüsü yaratmaqdır. Azərbaycanın bu strateji hədəfi, zəngin enerji ehtiyatları, tarazlı və praqmatik diplomatik fəaliyyəti ölkəmizi qlobal əməkdaşlıqda mühüm tərəfdaşlardan birinə çevirib. Bütün bunlar Azərbaycanın yeni dünya nizamının formalaşmasında yeni orta güc kimi rol oynamasına geniş fürsətlər açır.

Bu səbəbdən də Azərbaycan çoxvektorlu diplomatiyasına sadiq qalaraq bütün platformalarda olduğu kimi Qərb və Avropa platformalarında uğurlu iştirakı ilə beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirməkdədir. Cənab Prezident İlham Əliyevin Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə görüşündə iştirakı və avropalı liderlər tərəfindən çox isti qarşılanması, Azərbaycanla əməkdaşlığa cəhd göstərilməsi bunun bariz nümunəsidir. Bir daha qeyd etmək istərdim ki, bütün bunlar cənab Prezidentin yürütdüyü uğurlu xarici diplomatiya nəticəsində mümkün olub. Prezident İlham Əliyev artıq dünya səviyyəli lider kimi qəbul edilir.

Burada bir məqamı da qeyd etmək istərdim ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Ermənistanla sülh sazişinin paraflanması və yekun sülhün əldə olunması üçün imzalanan digər sənədlər nəticəsində Bakının yaratdığı yeni reallıqdan sonra Azərbaycan-Avropa münasibətləri tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu, özünü Avropa Siyasi Birliyinin Kopenhagendəki Zirvə görüşündə də aydın şəkildə büruzə verməkdədir. Əgər əvvəllər Azərbaycan Avropa ilə daha çox əməkdaşlığa meyl edirdisə, indi Avropa Azərbaycanla daha sıx əməkdaşlıq münasibətləri qurmaqda maraqlı görünür.

Azərbaycanın Avropa ilə əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qalxması təkcə Azərbaycan-Avropa münasibətlərinin deyil, eyni zamanda regional inteqrasiya baxımından Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrin inkişafına öz töhfəsini verəcək. Prezidentin yürütdüyü bu uğurlu diplomatiya nəticəsində Azərbaycan çoxqütblü dünya nizamında regional və orta güc kimi meydana çıxaraq qlobal sülhə, əməkdaşlığa və təhlükəsizliyə öz töhfəsini verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Oktyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri