Icma.az
close
up
RU
Bakının yaratdığı reallıqlar kontekstində İrəvanı nələr gözləyir?

Bakının yaratdığı reallıqlar kontekstində İrəvanı nələr gözləyir?

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“Daşkənddə diplomatik strategiyalar, Ermənistanda isə siyasi terrorçuların iflası gündəmdədir. Cənab Prezidentin Daşkənd səfəri digər səfərləri kimi bütün dünya üçün maraqlı və diqqətçəkən oldu. Çünki bu səfəri geosiyasi çərçivədə qiymətləndiriləndə daha aydın görünür ki, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, Əbədi Dostluq Müqaviləsi, o cümlədən nəqliyyat və humanitar əməkdaşlıq üzrə yeni razılaşmalar, prezidentlərin bəyanatındakı siyasi mesajlarını dünyanın siyasi gündəmində müzakirələrə səbəb oldu. Bu, bizim üçün strateji yüksəlişdir”.

Adalet.az xəbər verir ki, bunu “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Azərbaycan ölkəsinin siyasi maraqlarını, milli maraqlarının kontekstində dünya üçün ticari, nəqliyyat maraqlarını gündəmə gətirməklə gündəm yaradır:

“Bakı regional gündəliyi təkcə Qafqaz üzərindən həyata keçirmir. Mərkəzi Asiya ilə münasibətləri dərinləşdirəcək, Cənubi Qafqazı daha geniş Türk dünyası və Transxəzər bağlantısı yaradır.Əsas məqsəd dövlətlərarası şəbəkə qurmaqla bizim regional çəkimizi Qafqazın hüdudlarından çıxardıb, dünyada əsas siyasi mərkəzlərlə birgə daha böyük, əhatəli, geniş, çoxvektorlu diplomatiyası ilə gələcəyin həm regional arxitekturasını, həm də dünyada güc mərkəzləri ilə strateji əməkdaşlığı gücləndirməklə dünyanın siyasi dizaynına və landşaftına müsbət töhfələrini verir”.

Politoloqun sözlərinə görə, Azərbaycan regional strategiyasını institusionallaşdırmaqla, siyasi sabitlik, xarici tərəfdaşlıq modelini gücləndirməklə ölkəmizi dünyada söz sahibi, nüfuz sahibi statusunu qazanmışdır:

“Amma Ermənistanda isə daxili siyasi gərginlik, Azərbaycan ölkəsinin siyasi maraqlarını, milli maraqlarının kontekstində dünya üçün ticari, nəqliyyat maraqlarını gündəmə gətirməklə gündəm yaradır. Ermənistan terrorçu təfəkkürlü revanşist Xocalı qatillərini, insanlığa qarşı qatilləri həbs etməklə dünyada gündəmə gəlir ki, mən regionda yaranan siyasi reallıqlara uyğun öz siyasi mövqeyimi ortaya qoyuram. Dünya terrorçularla yox, sivil sülh düşüncəsi ilə daha maraqlıdır deyə çatdırır. İrəvan siyasi keçmişinin mənfi addımlarının acı nəticələrini yaşayır”. 

R.Hüseynov deyib ki, Bu siyasi keçmişin formalaşmasında və Ermənistanın bu gün düşdüyü siyasi burulğanın yaranmasında Rusiyanın xüsusi rolu olmuşdur:

“Ermənistan uzun illər bu siyasi yanlışlıqların və xarici təsirlərin nəticələrini yaşamış, siyasi qərarlarında müstəqil və milli maraqlara əsaslanan xəttdən uzaq düşmüşdür.Bu gün isə həmin siyasi burulğan Ermənistanı daha ciddi seçimlər qarşısında qoyur. Rusiya ilə münasibətlərin tam bağlanması üçün addımlar atır. Bir vaxtlar siyasi himayəsinə və təsirinə arxalanan Ermənistan indi həmin münasibətlərin yaratdığı nəticələrlə üz-üzə qalır. Bu vəziyyət Ermənistanın illər ərzində yol verdiyi siyasi yanlışlıqların acı nəticəsidir.Dəyərli soydaşlar, bu mənzərə Azərbaycanla müqayisədə daha aydın görünür. Azərbaycan cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə müqayisəolunmaz dərəcədə yüksək irəliləyiş əldə etmişdir. Dövlətimizin siyasi sabitliyi, müstəqil xarici siyasəti, milli maraqlara əsaslanan strategiyası və çoxvektorlu diplomatiyası Azərbaycanı regionda və dünyada söz sahibi, nüfuz sahibi dövlətə çevirmişdir.Bu fərqlilik bizim üçün çox önəmlidir. Bu irəliləyiş bizim üçün çox önəmlidir. Çünki bu, ölkənin siyasi qürurunu əvvəldən planlaşdırılan planlarla yüksəklərə qaldırmaqdır.Qürurlu ölkənin qürurlu vətəndaşları dövlətimizin uğurlarını qazandıran bu diplomatiyaya, bu siyasətə, bu strategiyaya, bu prinsipiallığa dəstək verir, etimad göstərir. Bundan sonra da belə olacaq”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Avqust 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri