Icma.az
close
up
RU
Bakının yollarında tıxac yaradan gizli qüvvə Günahkar tapıldı

Bakının yollarında tıxac yaradan gizli qüvvə Günahkar tapıldı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının yollarında pik saatlarda avtobuslarla sərnişindaşımada ciddi problemlər olur. Sakinlər bildirirlər ki, avtobuslar əsasən gec gəlir və nəticədə vətəndaşlarla sürücülər arasında gərginliklər yaşanır. Bəzi sürücülər son vaxtlar tıxacın yaranmasında xanım sürücüləri ittiham edirlər.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev deyib ki, qadınlar cəmiyyətin ayrılmaz hissəsidir.

O qeyd edib ki, kişilər kimi qadınların da avtomobil idarə etmək hüququ var və bu sahədə heç bir məhdudiyyət yoxdur:

“Avtobusların gecikməsi və sıxlığın əsas səbəbi müxtəlif yerlərdə aparılan təmir işləridir. Təmirlər nəticəsində yollar sıxlaşır, sürücülər alternativ marşrutlara üz tutur. Bu da avtobus zolaqlarının tam işləməməsinə gətirib çıxarır. Avtobus zolaqlarında hərəkət fasiləsiz olmalıdır. Lakin bəzi yerlərdə zolaq mövcuddur, bəzi yerlərdə isə yoxdur. Həmçinin, kəsişmələrdə digər avtomobillər avtobus zolağına daxil olur və bu da əlavə problemlər yaradır. Avtobusların sayı isə sərnişin tələbatını qarşılamır, nəticədə sıxlıq artır”.

Yasin Mustafayev

Ekspertin fikrincə, sürücülər bu vəziyyətdə günahkar deyillər, onların rolu idarəetmədədir:

“İctimai nəqliyyatdan daha çox istifadə etmək vacib olsa da, bu, son vaxtlar tam effektiv deyil. Sentyabrın əvvəllərində məktəblərin açılması ilə sıxlıq artıb. Rayonlardan Bakıya universitetə yeni qəbul olunanlar, ev axtaranlar, məktəb üçün paltar, dəftər və kitab alanlar gəlir və şəhərdə əlavə hərəkətlilik yaranır. Bu səbəbdən, mümkün olduğu qədər iş və məktəb yerləri yaşayış yerlərinə yaxın seçilməlidir. Bəzən insanların məcbur qalaraq uzaq yerdə işləməsi və yaşaması kimi halları da var. Məsələn, Sumqayıtda yaşayan, lakin Bakıda işləyənlər. Bu cür vəziyyətlərin həlli üçün isə məqsədyönlü planlaşdırma tələb olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri