Icma.az
close
up
RU
Bakının mərkəzində “saatlı bomba” kimdir günahkar? FOTOLAR

Bakının mərkəzində “saatlı bomba” kimdir günahkar? FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 20 ünvanında – paytaxtın ən mərkəzi nöqtələrindən birində yerləşən bu çoxmənzilli binada özbaşına tikinti və qanunsuz artırmalar illərdir davam edir. Sakinlərin dəfələrlə aidiyyəti dövlət orqanlarına müraciət etməsinə baxmayaraq, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə Memarlıq və Şəhərsalma Baş İdarəsi, nə də Fövqəladə Hallar Nazirliyi tərəfindən real tədbirlər görülüb.

Artıq məsələ o həddə çatıb ki, binanın ümumi dayanıqlığı və təhlükəsizliyi ciddi risk altına düşüb.

Əldə olunan fotolarda açıq görünür ki, cavabdehlər – qonşu mənzillərin sahibləri icazəsiz artırdıqları tikililərin çökməməsi üçün metal borular, dəmir dayaqlar və müvəqqəti konstruksiyalar quraşdırıblar. Bu “kustar dayaqlar” faktiki olaraq binanın daşıyıcı konstruksiyasına əlavə yüklər gətirir, bərabər yük paylanmasını pozur və ümumi daşıyıcı sistemin deformasiya riskini artırır.

Vəkil Cavad Cavadov tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş vəsatətdə qeyd olunur ki, bu vəziyyət yalnız qanunsuz tikintinin nəticəsi deyil, həm də bina sakinlərinin və ətraf əhalinin həyatına real təhlükə yaradan haldır.

Şikayətçi Rövşən Hüseynovun vəkili Cavad Cavadov bildirib ki, dövlət qurumlarının fəaliyyətsizliyi sadəcə təəccüb və çoxsaylı suallar doğurur. Faciə baş versə, məsuliyyəti dövlət qurumları daşıyacaqdır.

İş materiallarında bir neçə dövlət qurumunun rəsmi məktubları yer alır:

“Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (23 iyun 2025) bildirir ki, ümumi dəhliz bağlanmış, əlavə 5 kv.m sahə artırılmışdır, lakin məsələ “məhkəmə mübahisəsi kimi baxıla bilər” deyə, faktiki tədbir görməyib. Yasamal Rayon Mənzil Kommunal İstismar Sahəsinin 17 iyun 2025-ci il tarixli aktında qeyd olunur ki, mənzilin giriş yolları qonşular tərəfindən qanunsuz zəbt olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 17 iyul 2025-ci il məktubunda isə qurum açıq şəkildə bildirir ki, tikintiyə nəzarət yalnız “icazəverici orqanların məlumatı əsasında” həyata keçirilir və bu məlumatlar təqdim olunmadığı təqdirdə nəzarət mümkün olmur.

Yəni, nəticə etibarilə bir-birinə ötürülən məktublar, lakin heç bir əməli tədbir yoxdur. Dövlət orqanlarının fəaliyyətsizliyi nəticəsində binanın daşıyıcı sisteminə artıq düzəlişlər kustar üsulla edilir, sakinlərin həyatları isə sanki sınaq meydanına çevrilib.

Vəkil Cavad Cavadov bildirir ki, bu, adi qonşuluq mübahisəsi deyil: “Bura Bakı şəhərinin mərkəzidir və dövlət orqanlarının gözü qarşısında binanın ümumi konstruksiyası dəyişdirilir. Sakinlərin evləri, həyətləri və girişləri faktiki olaraq zəbt olunub. Qanunsuz artırmaların çökməməsi üçün kustar üsulla dayaqlar quraşdırılır. Bu, binanın daşıyıcı konstruksiyasına birbaşa təhdiddir və potensial insan itkisinə səbəb ola bilər”.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, icazəsiz tikililər “özbaşına tikinti” sayılır və yalnız məhkəmə qərarı ilə sökülə bilər.
Eyni zamanda, Torpaq Məcəlləsinin 111-ci maddəsi torpağın və ümumi istifadə sahələrinin qanunsuz zəbtini qadağan edir.

Bununla belə, bu tikintilərin illərlə davam etməsi, hətta mərkəzi inzibati ərazidə baş verməsi, hüquq-mühafizə və nəzarət orqanlarının ya biganəliyini, ya da səhlənkarlığını göstərir.

Bu hadisə tək bir binaya aid deyil. Son illərdə Bakının müxtəlif rayonlarında, xüsusilə köhnə çoxmənzilli binalarda bu cür qanunsuz artırmalar, eyvan genişləndirmələri və həyətlərin zəbt olunması adi hala çevrilib.

Şəhərsalma və tikinti normalarına zidd olan bu proseslər bütün paytaxtın təhlükəsizlik xəritəsini dəyişdirir: Daşıyıcı sistemlər pozulur; havalandırma və yanğın çıxışları bağlanır;

Fövqəladə Hallar Nazirliyinin müdaxiləsi gecikdirilir;
və nəticədə bir gün hər hansı binada faciə qaçılmaz olur.

Yasamalda baş verən bu hadisə artıq təkcə bir məhəllənin problemi deyil, şəhər idarəçiliyi və hüquqi nəzarət sisteminin etibarlılıq testidir.

Məhkəmənin bu iş üzrə təyin edəcəyi ekspertiza yalnız bir binanın taleyini deyil, Bakıda “özbaşına tikinti” anlayışının dövlət səviyyəsində necə dəyərləndiriləcəyini müəyyən edəcək.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see530

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see273

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see264

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see255

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see246

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see244

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see244

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see236

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see228

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see226

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see222

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see215

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see214

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see212

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see206

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see200

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see200

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see199

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see193

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri