Icma.az
close
up
RU
Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil

Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukraynalı kriminal avtoritet "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Oleq Krapivin tərcüməçiyə ehtiyac olmadığını və Azərbaycan dilini sərbəst bildiyini deyib:

"Mən bakılıyam, Azərbaycan vətəndaşıyam tərcüməçi lazım deyil".

Hakim bildirib ki, anket məlumatlarında Oleq Krapivin 1960-cı ildə Şamaxıda anadan olduğunu və Bakıda Sabunçu qəsəbəsində yaşadığını deyib.

Digər təqsirləndirilən Konstantin Kuçerin hazırda rus dili tərcüməçisi ilə təmin olunub. Lakin o, növbəti prosesində tərcüməçinin ukrayra dilini bilən şəxsin olmasını xahiş edib.

Anket məlumatları dəqiqləşdirilən zaman Konstantin Kuçerin 8 övladı olduğu məlum olub. Təqsirləndirilən şəxslər məhkəmədə jurnalistlərin çəkiliş aparılmaması ilə bağlı vəsatət veriblər.

Məhkəmə hazırki müddətdə vəsatəti təmin edib və prosesdə çəkiliş aparılmasına icazə verilməyib.

Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs Ukraynada nazirin müavini olub, 2020-ci ildən Azərbaycana köçüb:

"Buranı özü üçün ikinci Vətən kimi qəbul edib. Şirkətlər açıb, işçiləri olub. Bu adam heç kimə qarşı dələduzluq etməyib. Zərərçəkmiş kimi tanınan Rusiya şirkətləri ABŞ tərəfindən sanksiyaya məruz qalıb. İkinci tərəfdən dələduzluq ittihamından əlavə müvəkkilimə xuliqanlıq maddəsi ilə də ittiham verilib. Mən xahiş edirəm ki, cinayət işi ilə bağlı zərərçəkmişdən bioloji ekspertiza keçirilsin,cinayət işi ibtidai istintaqa qaytarılsın".

Oleq Krapivin vəkili də çıxış edərək cinayət işinin ayrıca icraata verilməsini, müvəkkilinin iş üzrə tək mühakimə olunmasını xahiş edib:

"Müvəkkilim özünü təqsirli bilmir. Zərərçəkmişlər Rusiya vətəndaşıdır. Hər hansı bir təhlükə yoxdur. Oleq Krapivinin əməli az ağır cinayətlır kateqoriyasına aiddir. Bu səbəbdən xahiş edirik, cinayət işi ayrıca icraata götürülsün və müvəkkilim barəsində ev dustaqlıq qətimkan tədbiri seçilsin".

"Oleq Bakinski" isə vəkilin fikirləri razı olduğunu, zərərçəkmiş şəxsi vurmadığını və hər hansı bir xəsarət yetirmədiyini bildirib.

Zərərçəkmişin şəxsin hüquqi nümayəndəsi isə çıxış edərək təqsirləndirilən şəxslərin vəkillərinin verdiyi vəsatətin təmin olunmamasını xahiş edib:

"Konstantin Kuçerin başqa cinayətləri də olub. İspaniya hazırdada qaçaqmalçılıqla bağlı interpol xətti ilə beynəlxalq axtarışdadır".

Konstantin Kuçerin isə buna etiraz edib və barəsində hər hansı bir axtarış olmadığını bildirib.

Məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 24-ə təyin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri