Icma.az
close
up
RU
Oleq Bakinskinin məhkəməsi Mən bakılıyam, Azərbaycan vətəndaşıyam, tərcüməçi lazım deyil Xəbər saytı Son xəbərlər və Hadisələr

Oleq Bakinskinin məhkəməsi Mən bakılıyam, Azərbaycan vətəndaşıyam, tərcüməçi lazım deyil Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Ukraynalı "kriminal avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb.

Həmçinin Oleq Krapivinlə ("Oleq Bakinski") birgə ittiham olunan Konstantin Kuçerinlə bağlı bəzi məqamlar ortaya çıxıb.

Konstantin Kuçerin 2010-2011-ci ildə Ukraynanın sənaye siyasəti naziri müavini olub.

Konstantin Kuçerə Azərbaycan Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) , 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.

İş üzrə Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, "Aviazapçast" ASC və "Promışlennie Postavki Kazaxstan" MMC zərərçəkmiş qismində tanınıb.

K.Kuçer Ukrayna sənaye siyasəti nazirinin müavini - Müdafiə Sənayesi Kompleksi üzrə Agentliyin rəhbəri (2010-2011), Ukrayna sənaye siyasəti nazirinin müavini (2006-2007) olub.

Məhkəmədə Oleq Krapivin tərcüməçiyə ehtiyac olmadığını və Azərbaycan dilini sərbəst bildiyini deyib:

"Mən bakılıyam, Azərbaycan vətəndaşıyam, tərcüməçi lazım deyil".

Hakim bildirib ki, anket məlumatlarında Oleq Krapivin 1960-cı ildə Şamaxıda anadan olduğunu və Bakıda Sabunçu qəsəbəsində yaşadığını deyib.

Digər təqsirləndirilən Konstantin Kuçerin hazırda rus dili tərcüməçisi ilə təmin olunub. Lakin o, növbəti prosesində tərcüməçinin Ukrayna dilini bilən şəxsin olmasını xahiş edib.

Anket məlumatları dəqiqləşdirilən zaman Konstantin Kuçerinin 8 övladı olduğu məlum olub. Təqsirləndirilən şəxslər məhkəmədə jurnalistlərin çəkiliş aparılmaması ilə bağlı vəsatət veriblər.

Məhkəmə hazırkı müddətdə vəsatəti təmin edib və prosesdə çəkiliş aparılmasına icazə verilməyib.

Konstantin Kuçerinin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs Ukraynada nazir müavini olub, 2020-ci ildən Azərbaycana köçüb:

"Buranı özü üçün ikinci vətən kimi qəbul edib. Şirkətlər açıb, işçiləri olub. Bu adam heç kimə qarşı dələduzluq etməyib. Zərərçəkmiş kimi tanınan Rusiya şirkətləri ABŞ tərəfindən sanksiyaya məruz qalıb. Dələduzluq ittihamından əlavə müvəkkilimə xuliqanlıq maddəsi ilə də ittiham verilib. Mən xahiş edirəm ki, cinayət işi ilə bağlı zərərçəkmişin bioloji ekspertizası keçirilsin, cinayət işi ibtidai istintaqa qaytarılsın".

Oleq Krapivinin vəkili də çıxış edərək cinayət işinin ayrıca icraata verilməsini, müvəkkilinin iş üzrə tək mühakimə olunmasını xahiş edib:

"Müvəkkilim özünü təqsirli bilmir. Zərərçəkmişlər Rusiya vətəndaşıdır. Hər hansı bir təhlükə yoxdur. Oleq Krapivinin əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən xahiş edirik cinayət işi ayrıca icraata götürülsün və müvəkkilim barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin".

"Oleq Bakinski" vəkilin fikirləri ilə razı olduğunu, zərərçəkmiş şəxsi vurmadığını və hər hansı bir xəsarət yetirmədiyini bildirib.

Zərərçəkmişin şəxsin hüquqi nümayəndəsi isə çıxış edərək təqsirləndirilən şəxslərin vəkillərinin verdiyi vəsatətin təmin olunmamasını xahiş edib:

"Konstantin Kuçerin başqa cinayətləri də olub. İspaniya onu qaçaqmalçılıqla bağlı İnterpol xətti ilə beynəlxalq axtarışa verib".

Konstantin Kuçerin isə buna etiraz edib və barəsində hər hansı bir axtarış olmadığını bildirib.

Məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 24-ə təyin edilib.

Xatırladaq ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), digər təqsirləndirilən şəxsə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. İdarənin təqdimatı əsasında onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 Yanvar 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri