Icma.az
close
up
RU
Bakıya etimad: Qəzza sülh planında Azərbaycan adı ön planda (ŞƏRH)

Bakıya etimad: Qəzza sülh planında Azərbaycan adı ön planda (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Azərbaycana münasibətdə mövcud olan etimad mühiti, əməkdaşlıq ruhu, Qəzza zolağında formalaşacağı gözlənilən sülhməramlı kontingentlərin tərkibində ölkəmizin də yer almasını tamamilə mümkün edir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Qəzza zolağına göndərilməsi planlaşdırılan sülhməramlı missiyanın tərkibində Azərbaycan qüvvələrinin də olması məsələsini şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə, o cümlədən Yaxın Şərq ölkələri arasında xüsusi etimada malik bir ölkədir:


"Bu isə Yaxın Şərqdə baş tutması gözlənilən sülh prosesində Azərbaycanın iştirakçılığını mümkün edir. Eyni zamanda, Azərbaycan Yaxın Şərqdə sülhü inşa edən ölkələr tərəfindən də etibarlı tərəfdaş kimi qəbul edilir. ABŞ, münaqişədə tərəf olan İsrail başda olmaqla, digər qlobal aktorlarla da Azərbaycanın yaxşı münasibətləri var. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan hərbçiləri müxtəlif vaxtlarda dünyanın müxtəlif bölgələrində sülhməramlı missiya yerinə yetirib".

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan əsgərlərinin belə bir sülhməramlı missiyada iştirak təcrübəsi var: 

"Məsələn, Əfqanıstanda, Balkanlarda... Azərbaycana münasibətdə mövcud olan bu etimad mühiti, əməkdaşlıq ruhu ölkəmizin Qəzza zolağında da sülhməramlı kontingentlərin tərkibinə öz missiyasını göndərməsini tamamilə mümkün edir".


Qeyd edək ki, "Politico" nəşrinin məlumatına görə, İndoneziya, Azərbaycan və Pakistan Qəzza zolağında münaqişədən sonra yaradılması planlaşdırılan beynəlxalq sabitləşmə qüvvələri üçün qoşun tədarük etməyə əsas namizədlər hesab olunur. Nəşrin bildirdiyinə görə, qüvvələrin tərkibilə bağlı danışıqlar hazırda davam edir və hələlik heç bir ölkə nə yekun qərar verməyib, nə də rəsmi öhdəlik götürməyib. Bununla belə ABŞ-ın müdafiə rəsmisi bu 3 ölkənin prosesə ən çox maraq göstərən tərəflər olduğunu bildirib. 

Yaxın Şərq kimi mürəkkəb bir problemin həllində Azərbaycanın iştirakının təklif olunması Bakıya olan etimad və güvənin gösrəricisi sayıla bilər. Xatırladaq ki, bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhə dair 20 bəndlik planın tərkib hissəsidir. 

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri