Icma.az
close
up
RU
Azərbaycan qlobal ekoloji hərəkatın ön sıralarında ŞƏRH

Azərbaycan qlobal ekoloji hərəkatın ön sıralarında ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Gələn il Azərbaycan “Ümumdünya Ətraf Mühit Günü”ü (“World Environment Day”) tədbirinə ev sahibliyi edəcək. Bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən eyni adlı tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini 2026-cı ildə Azərbaycanda 13-cü “Ümumdünya Şəhərlər Forumu”nun (WUF13) keçiriləcəyini də xatırladıb. O, gələn il Bakının iki tədbiri qəbul etməyə hazırlaşdığını vurğulayaraq, bu istiqamətdə töhfə verməyə, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində, daha dayanıqlı şəhərlər və icmalar yaratmağa imkan verəcək.

Hər iki tədbir ətraf mühitin qorunmasına həsr edilib. Texnologiyanın, sənayenin inkişafı ekoloji mühitin qorunması və “ağıllı şəhərlər”in yaranmasını aktuallaşdırır.

“Ümumdünya Ətraf Mühit Günü” ətraf mühitin qorunmasına həsr olunmuş ən vacib beynəlxalq tədbirdir. Bu gün BMT-nin Ətraf Mühit Proqramının (UNEP) rəhbərliyi altında 1973-cü il iyunun 5-dən keçirilir. Hər il keçirilən bu gün tədbirləri dünyanın hər yerindən milyonlarla insanın planetin qorunmasında iştirak etdiyi ən böyük qlobal ekoloji platformaya çevrilib.

Tədbirə 2025-ci ildə Cənubi Koreya ev sahibliyi edir.

Bu gün yer kürəsində ətraf mühitin çirklənməsinə qarşı mübarizə aparan insanların birlik günü kimi də təqdim etmək olar. Dünyada hər il 400 milyon tondan çox plastik istehsal olunur. Bunun yarısı birdəfəlik istifadə üçün nəzərdə tutulub. Onların 10 faizdən azı təkrar emal edilir. Təxmini hesablamalara görə, hər il 11 milyon ton plastik göllərə, çaylara və dənizlərə atılır.

Bu ekosistemi çirkləndirən bir səbəbdir. Atom elektrik stansiyalarında istifadə edilən radioaktiv maddələrin tullantılarının “zibilliyi”, metallurgiya zavodlarından çaylara axıdılan zəhərli və zərərli maddələr, sənaye tullantıları və başqaları ətraf mühitin ziyanvericiləri sayılır.

Azərbaycan Ermənistan tərəfindən törədilən ekoterrora məruz qalan dövlətdir. Elə ölkə torpaqlarının işğalı Topxana meşələrinin ermənilər tərəfindən qırılması, ekoloji terrorla başlayıb.

30 ilə yaxın işğal dövründə Ermənistan Azərbaycan torpaqlarında meşələri dağıdıb, ərazidə qanunsuz, standartlara uyğun olmayan texnoloji istehsalla məşğul olub.

Ermənistanın “Metsamor” atom elektrik stansiyası və Zəngəzur Mis-Molibden kombinatı Araz və Kür çaylarını da çirkləndirir.

Araz çayı Ermənistan ərazisində kimyəvi sənaye məhsullarının tullantılarına məruz qalır, “Metsamor” AES-in soyudulmasında istifadə edilən radioaktivləşmiş su yenidən Araza qayıdır. Onun çirklənməsi Azərbaycanla yanaşı, İranın da ekologiyasına ziyan vurur.

Arazın suyu Kürə, oradan isə Xəzərə axır. Deməli, nəticə etibarı ilə Ermənistan Araz vasitəsi ilə bütün Xəzər hövzəsinin çirklənməsində əsas rollardan birini oynayır.

Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi və radioaktiv maddələr, həmçinin ağır metallarla çirkləndirilir.

Gümrüdən Sədərəyə qədər götürülmüş nümunələrə əsasən, Araz çayının ekoloji çirklənmə göstəriciləri dünyada təyin olunmuş normalardan dəfələrlə artıqdır.

Bütün bunlar isə yaxın bölgələrdə məhsuldarlığı azaltmaqla yanaşı əhali arasında onkoloji xəstəliklərin artmasına da səbəb olur.

Ermənistandakı “Metsamor” AES 1970-ci illərdə SSRİ tərəfindən tikilib. O 1986-cı ildə partlamış Çernobıl AES modelindədir. 1988-ci il dekabrın 7-də Ermənistanda 6,8 bal gücündə güclü zəlzələ baş verəndə stansiya da zədələnmişdi. O vaxtdan AES blokundan radioaktiv maddələr sızmağa başlamışdı. Ancaq stansiya cəmi 6 həftə təmirə bağlanmışdı. Ermənistan onun yenilədiyini iddia etsə də, Avropa İttifaqı stansiyanı çox təhlükəli sayır.

Təəssüf ki, bu ölkənin törətdiyi ekoterrora havadarlıq edənlər də tapılır. İstismar müddəti başa çatmış “Metsamor”un fəaliyyətini davam etdirməsinə vaxtilə Rusiya dəstək verib.

Bu günlərdə isə İrəvanda səfərdə olan ABŞ dövlət katibinin beynəlxalq nüvə siyasəti və əməkdaşlığı üzrə köməkçisinin müavini Aleşiya Dunkan və İrəvandakı səfir Kristina Kuinn Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan ilə görüşdə nüvə enerjisi və mədən sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.

Belə ehtimal etmək olar ki, onlar Ermənistanın elektrik enerjisinə ehtiyacını AES vasitəsi ilə təmin etməyə, bununla da onu Rusiyanın asılılığından xilas etməyə çalışırlar. Ancaq ötən illərin acı təcrübəsi və faktlar sübut edir ki, Ermənistanın nüvə energetikası sahəsində fəaliyyətinin törətdiyi ekoloji fəsadların nəticəsi aradan qalxması ilkin şərtlərdəndir. Əks halda, yeni nüvə obyektinin tikintisi region üçün yeni təhlükə mənbəyinə çevriləcək. Odur ki, ABŞ məlum istiqamətdə Ermənistanla əməkdaşlıq edərkən, qonşu dövlətlərin, o cümlədən Azərbaycanın da maraqlarına diqqət yetirməsi vacibdir.

“Border Studies Research Paper” jurnalı (“Sərhəd Araşdırmaları”) bildirib ki, Ermənistanın sərhədyanı Əkərək şəhərinin şimalında və şərqində, Araz çayının yatağından 5,2 kilometr aralıda 5 mis və molibden mədəni yerləşir. Bu mədənlərdən hər il milyonlarla kubmetr zəhərli tullantılar çaya axıdılır.

Odur ki, Azərbaycan sudan, havadan və qurudan Ermənistanın ekoloji terroru ilə üz-üzədir.

Prezident İlham Əliyev bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı bildirmişdi: “Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir”.

Ermənistan Bern Konvensiyasına üzv dövlət olaraq ətraf mühitinin qorunması üzrə öhdəliklərə əməl etmir. 2025-ci il fevralın 12-də Azərbaycan konvensiyanın beynəlxalq hüquq məsələlər üzrə Ofisə Ermənistanın törətdiyi ekoterrorla bağlı şikayəti edib.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra öz yurdlarından qaçqın düşmüş sakinləri bölgəyə qayıdır. Odur ki, onların ekoloji cəhətdən təmiz rayonda yaşaması, həmçinin bölgədə ekoloji tarazlığın qorunması üçün beynəlxalq ictimaiyyət xarici təsirlərin aradan qaldırılmasına Azərbaycana yardım etməsi məsələsi gündəliyə gəlir.

Araz çayının Ermənistan tərəfindən çirklənməyə məruz qalması barədə İran İslam Respublikasında da ekoloqlar tərəfindən informasiyalar yayılır. Çünki bu çayın suyundan Muğan bölgəsinin sakinləri əkin sahələrinin suvarılmasında istifadə edirlər. Ərdəbil vilayətinin Muğan bölgəsində əhali arasında xərçəng xəstəliyinin artmasının səbəbinin Ermənistan ərazisində Araz çayının çirklənməyə məruz qalması göstərilir.

Ermənistan bununla da “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Konvensiya”nı pozur. Bu sənəddə qeyd olunub ki, sərhəddən keçən su axınlarının, beynəlxalq göllərin mühafizəsi, istifadəsi təxirəsalınmaz və vacib vəzifədir. Konvensiyanın digər müddəalarında da tərəflərin bununla bağlı məsuliyyəti, ortaya çıxan fəsadların aradan qaldırılması üçün birgə fəaliyyətin göstərilməsi yollarından bəhs edilir.

Azərbaycanın rəsmi qurumları regiondakı su hövzələrinin quruması və çirklənməsinə qarşı da çıxışlar edir.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu günlərdə bildirib ki, rəsmi Bakı Xəzər dənizinin dayazlaşması probleminə həsr olunmuş sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, Xəzər Urmiya gölü və Aral dənizinin taleyini təkrarlamamalıdır.

Azərbaycanda Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı ictimaiyyətin çoxsaylı tədbirləri keçirilib. Çünki bu gölün quruması oradakı duz tozlarının region ölkələrinə sovrulacağı ehtimal edilir.

Azərbaycan neft-qaz hasil və ixrac edən ölkədir. Bu baxımdan onun ətraf mühitin bu sahədə çirklənməsinə qarşı mübarizə aparır.

COP29-un Bakıda keçirilməsi də təsadüfi deyildi. Çünki Azərbaycan ekoterrordan uzun illər ziyan çəkən bir ölkədir. Bu da onun ətraf mühitin qorunması uğrunda hərəkatın fəallarından olması səbəblərindəndir.

Ərazicə kiçik olsa da, Azərbaycan ətraf mühitin, təbiətin qorunmasında müxtəlif tədbirlərə ev sahibliyi edir. Bu istiqamətdə böyük dövlətlərin üzərinə düşən öhdəliklərə əməl etməsinə çalışır.

Odur ki, COP29-dan sonra “Ümumdünya Ətraf Mühit Günü”nə ev sahibliyi edəcəyi ekohərəkatda fəallığın məntiqi davamıdır. Bir də ətraf mühitin qorunması humanistlikdir. Çünki su, hava, torpaq və oddan mənsubiyyətindən asılı olmayaraq hamı istifadə edir. İnsanların isə gedəcək başqa Yeri yoxdur.

Sədrəddin SOLTAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see530

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see273

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see264

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see255

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see246

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see244

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see244

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see236

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see228

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see226

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see222

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see215

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see214

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see212

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see206

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see200

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see200

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see199

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see193

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri