Icma.az
close
up
RU
Dəhşətli fakt üzə çıxdı Ermənistan Bakıya təzminat ödəyəcək?

Dəhşətli fakt üzə çıxdı Ermənistan Bakıya təzminat ödəyəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Qarabağda separatçılıq fəaliyyətləri ilə məşğul olanların məhkəməsində dəhşətli faktlar üzə çıxır. Məhkəmə iclaslarında təqdim olunan sübutlar, sənədlər, ifadələr Ermənistanın bölgədəki təcavüzkar siyasətini, Azərbaycan ərazilərində törədilən dağıntı və hüquq pozuntularını bir daha ortaya qoyur.

Ermənistan 30 il ərsində Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə təzminat ödəyə bilərmi? Buna yaxın tarixdə başqa ölkələrdə rast gəlinib.

Politoloq Tofiq Abbasov Globalinfo.az-a açıqlamasında bildirib ki, Qarabağ müharibəsinin baş verməsinə səbəb Ermənistanın təcavüzkar siyasəti olub:

“Qonşu ölkənin əsassız ərazi iddiaları nəticəsində bölgədə separatçı sistem formalaşdırıldı. Bu proses təkcə İrəvan tərəfindən deyil, eyni zamanda xaricdəki erməni diasporası tərəfindən də dəstəklənirdi. Dünya erməniləri birləşərək maddi və təşkilati resurslar toplayır, maliyyə marafonları keçirirdilər ki, mümkün olmayanı mümkün etsinlər. Məqsəd Azərbaycan torpaqlarını zor gücünə qoparıb Ermənistana birləşdirmək idi. Vəziyyətin gərginləşdiyini görəndə isə saxta şəkildə Qarabağ ermənilərinin “müstəqillik uğrunda mübarizəsi” mifini ortaya atdılar.”

Politoloq vurğulayıb ki, bu təxribatçı fəaliyyətlər mərhələli şəkildə həyata keçirilirdi:

“Əvvəlcə “Miatsum” ideyası irəli sürüldü. Daha sonra isə SSRİ-nin süqutu ilə yaranan siyasi xaosdan istifadə edərək, yeni bir ssenari quruldu. Guya Qarabağda yaşayan ermənilər müstəqil olmaq istəyirdilər. Bu iddia ilə çıxış edərək bölgədə silahlı toqquşmalara və genişmiqyaslı müharibəyə zəmin yaratdılar”.

Tofiq Abbasov

Tofiq Abbasov qeyd edib ki, Azərbaycan bu münaqişədə həm insan itkisinə, həm də milyardlarla ziyana məruz qalıb:

“Əgər müharibənin səbəbkarı Azərbaycan olsaydı, bu hadisələr baş verməzdi. Hazırda Azərbaycan dövləti bu istiqamətdə hüquqi prosesi davam etdirir. Baş Prokurorluq, Ədliyyə Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən zəruri sənədlər, sübut və faktlar toplanaraq beynəlxalq məhkəməyə təqdim olunacaq. Məqsədimiz odur ki, Azərbaycan tərəfinin müraciətləri obyektiv şəkildə qiymətləndirilsin və qəbul edilsin”.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi bu hüquqi proseslərin gedişindən ciddi narahatdır və beynəlxalq aləmdə yanlış təsəvvür formalaşdırmağa çalışır:

“Onlar Avropa İttifaqında elə bir fikir yaratmaq istəyirlər ki, guya prosesləri Azərbaycan başladıb. Halbuki, bu tamamilə yanlışdır. Ermənistan silahlıları hələ 1980-ci illərin sonlarından Azərbaycana müdaxilələr etməyə başlamışdılar. O dövrdə sovet rəhbərliyi, xüsusilə Mixail Qarbaçov başda olmaqla, bu məsələlərə ya laqeyd yanaşırdı, ya da ümumiyyətlə reaksiya vermirdi. Bu laqeyd münasibət erməniləri daha da cəsarətləndirirdi”.

Tofiq Abbasov əlavə edib ki, Azərbaycan bütün bu prosesləri diqqətlə izləyir və hər bir hadisəni sənədləşdirir:

“Toplanan materiallar bir yerə cəmləndikdən sonra, təbii ki, Azərbaycan təzminat tələb edəcək. Ermənistan tərəfi isə özünü sanki arxayın hiss edir. Düşünürlər ki, guya Azərbaycan və Ermənistan barışıq yolu ilə beynəlxalq məhkəmələrə təqdim olunan iddiaları geri götürəcək. Bu isə qətiyyən mümkün deyil. Azərbaycanın 20 faiz torpağı illərlə işğalda qaldı, infrastruktur dağıdıldı, milli-mədəni abidələrimiz məhv edildi. Əgər Ermənistan bu itkilərin əvəzini ödəyə bilməyəcəksə, Azərbaycan bu prosesi öz gücü ilə həyata keçirəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri