Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Bakıya gətirilən ətlər təhlükəlidir?

Bakıya gətirilən ətlər təhlükəlidir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər dolaşır. Bu səbəbdən insanların ət məhsullarına ehtiyatla yanaşdığı, ət almaqdan çəkindikləri bildirilir. Ən çox müzakirə olunan məqam isə xəstə heyvanların kəsilərək Bakıya göndərilməsi barədə səslənən iddialardır. Bu iddialar təkcə bölgələrdə deyil, paytaxtda da istehlakçıların narahatlığına səbəb olub. Məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmaması hələlik təsdiqlənməsə də, əhali mövcud vəziyyətdən narahatdır. İnsanları düşündürən əsas sual budur: Bakıya gətirilən ətlər təhlükəsizdirmi və dövlət qurumları vəziyyəti necə nəzarətdə saxlayır? Ümumiyyətlə, narahatçılığa əsas varmı?

"Kaspi” qəzeti mövcud vəziyyətə aydınlıq gətirmək məqsədilə dövlət qurumlarına müvafiq sorğu ünvanlayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, hazırda Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin əməkdaşları tərəfindən bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların peyvəndlənməsi həyata keçirilir: "Heyvan xəstəlikləri ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir, baytarlar tərəfindən təsərrüfatlara gedilərək lazımi dəstək göstərilir. Əməkdaşlarımız peyvəndləmə işləri ilə paralel olaraq, dezinfeksiya işləri də həyata keçirirlər. Heyvan xəstəliklərinin vaxtında aşkarlanması və preventiv tədbirlərin görülməsi məqsədilə təsərrüfatlarda müntəzəm monitorinqlər keçirilir, yerlərdən məlumatlar toplanır və operativ reaksiya göstərilir. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzində operativ məlumat toplayan və analiz edən qrup yaradılıb. Qrupa daxil olan məlumatlar əsasında əməkdaşlar rayonlara ezam edilir və yerində vəziyyətlə tanış olurlar”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, "Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, heyvan mənşəli məhsulların - insan istehlakı üçün yararlı olan ət və emal yolu ilə onlardan alınan məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir: "Heyvan mənşəli məhsulların tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən məhsulların qəbuluna və satışına icazə verilir. Bu məhsulların qəbuluna və satışına yalnız yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan çıxan heyvan mənşəli məhsullar buraxılır və həmin proses səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən verilən sənəd əsasında həyata keçirilir”.

Qurumun açıqlamasında o da vurğulanıb ki, Azərbaycan qanunvericiliyinə görə, heyvan kəsimi yalnız Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş və müvafiq tələblərə cavab verən kəsim məntəqələrində aparılmalıdır: "Qeydiyyatsız, sanitar-baytarlıq nəzarətindən kənarda həyata keçirilən heyvan kəsimi isə həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq üçün ciddi risklər yaradır. AQTA istehlakçılara tövsiyə edir ki, yalnız baytarlıq müşayiətedici sənədləri olan heyvan mənşəli məhsullar alsınlar. Bu sənədlər məhsulun sağlam heyvandan əldə olunduğunu, baytarlıq nəzarətindən keçdiyini və qida təhlükəsizliyi baxımından tələblərə uyğun olduğunu təsdiq edir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bu məsələdə istehlakçıların narahatçılığını başadüşülən hesab edir. Onun sözlərinə görə, əvvəlki illərin praktikasında xəstə heyvanların kəsilərək müxtəlif yollarla paytaxta daşınması halları qeydə alındığından, bu halın təkrarlanması istisna olunmur: "Mənşəyi bilinməyən, xəstə heyvan ətləri ictimai sağlamlığa ciddi təhdid yaradır. Bu ətlərin mənbəyini müəyyən etmək, hətta elmi araşdırmalarla belə mümkün deyil. Azad İstehlakçılar Birliyi olaraq biz bu sahədə hökumətə və Qida Təhlükəsizliyi Agentliyinə dəstək göstərməyə çalışırıq".

AİB sədri onu da qeyd edib ki, qanunsuz heyvan kəsimi ilə mübarizənin effektivliyini artırmaq üçün yalnız inzibati yollarla mübarizə aparmaq mümkün deyil: "Bu məsələyə yerli polis orqanları, icra hakimiyyətləri və Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Amma bununla bağlı maarifləndirmə işləri də vacibdir. Kəsim yerlərini, necə deyərlər, ifşa etməklə iş bitmir. Əsas məsələ istehlakçıları maarifləndirmək və elə bir ictimai mühit yaratmaqdır ki, insanlar bu cür hallardan çəkinsinlər. İstehlakçılar küçə kəsimindən imtina etməlidirlər. Bu istiqamətdə maarifləndirmə işi geniş şəkildə aparılmalıdır. Təəssüf ki, ictimaiyyətin bu sahədə dövlət orqanlarına dəstəyi azdır. İstehlakçı ət və ət məhsullarını təsadüfi kəsim yerlərindən deyil, iri marketlərdən almalıdır. Biz buna öyrəşməliyik. Çünki iri ticarət mərkəzlərinə daxil olan məhsullara AQTA tərəfindən ciddi nəzarət edilir. Həmin məhsullar rəsmi satış icazəsi olmadan marketlərə daxil ola bilməz. Təsadüfi kəsim yerlərində isə nəzarət yoxdur. İstehlakçı bu cür kəsim məntəqələrindən ət almaqla sağlamlığını təhlükəyə atır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri