Icma.az
close
up
RU
Somalidən Azərbaycana gətirilən ətlər Tərkibində nə var?

Somalidən Azərbaycana gətirilən ətlər Tərkibində nə var?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İqtisadçı Natiq Cəfərlinin Azərbaycana idxal edilən ət məhsulları ilə bağlı paylaşımı diqqət çəkib. O qeyd edib ki, 2025-ci ilin oktyabr ayından etibarən ölkəmizə Somalidən onlarla ton dondurulmuş qoyun əti idxal edilib. Bildirilir ki, idxal olunan belə məhsulların əsas hissəsi Monqolustan üzərindən gətirilir. Xüsusilə Somalidən gələn ətlər marağa səbəb olub.

Bu ətlər əsasən hansı məqsədlə və harada istifadə olunur? Niyə Somalidən Azərbaycana ət idxal edilir? Ümumiyyətlə, bu idxal yerli ət bazarına necə təsir göstərir?

Globalinfo.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, Somali kimi ölkələrdə ətin qiyməti nisbətən aşağıdır:

“Bu da ölkənin iqtisadiyyatı ilə əlaqədardır. Ümumiyyətlə, dondurulmuş ətlər uzun məsafəni soyuq qida zəncirində, düzgün şərtlərlə gətirilməlidr. Bu, çox mühüm məsələdir, çünki uzun bir yol keçərkən ət çirklənə bilər. Somalidən gətirilən ətlər çox güman ki, dövlət müəssisələrində istifadə ediləcək. Məsələn, cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə, həmçinin bəzi istehsal sexlərində kolbasa üçün istifadə oluna bilər. Əgər ət düzgün kəsilmiş və sanitar-gigiyena qaydalarına uyğun olaraq emal edilibsə, bu cür ətlər heç bir təhlükə yaratmır”.

Ağa Salamov

Mütəxəssis bildirib ki, ən vacib məsələlərdən biri də ətin daşınması və soyuq qida zəncirinin qorunmasıdır:

“Bu şərtlər təmin olunarsa və qida zəncirində heç bir qırılma baş verməzsə, ətin keyfiyyətində problem yaranmaz. Amma bu məhsullar yerli ətlərimizin dadını və ləzzətini verə bilməz. Yəni biz yerli qoyun ətinin dadını Somalidən və ya Monqolustandan gələn ətlərdən ala bilmərik. Buna görə də, yerli ət məhsullarının dadı ilə müqayisədə bu ətlər müəyyən mənada daha aşağı keyfiyyətə malik ola bilər. Lakin düzgün saxlanıldıqda, çirklənməyə məruz qalmadıqda və qida zənciri tam qorunduqda, bu ətlərin istifadə edilməsi təhlükəsizdir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri