Icma.az
close
up
RU
Bakıya giriş, mərkəzə gediş pullu olacaq? Detallar

Bakıya giriş, mərkəzə gediş pullu olacaq? Detallar

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rayonlardan şəhərə girişin pullu olması ilə bağlı heç bir müzakirə aparılmır. Hazırda yalnız Bakının mərkəzi hissəsində yerləşən bəzi zonalara avtomobillə girişin ödənişli edilməsi müzakirə olunur.

Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Axar.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələ ictimaiyyət arasında yanlış təqdim olunur:

“Hazırda rayonlardan Bakıya girişin pullu olması ilə bağlı heç bir rəsmi müzakirə aparılmır. Belə bir mövzu gündəmdə yoxdur. Əsas müzakirə predmeti şəhərin daxilində - mərkəzi zonalara girişin pullu edilməsi ilə bağlıdır. Bu da hər yerə aid edilmir, konkret zonalar müəyyənləşdiriləcək.

Bunun bariz nümunəsini İçərişəhərdə görmək mümkündür. Ora avtomobillə giriş ödənişlidir və saatla hesablanır. Qiymət kifayət qədər bahadır - 1 saat üçün 2 manat. Üstəlik, bəzən yer tapmaq da çətin olur. Lakin orada yaşayan sakinlər üçün giriş pulsuzdur”.

E.Muradlı əlavə edib ki, söhbət şəhərin ümumi mərkəzi girişindən deyil, yalnız müəyyən zonalara girişin pullu olmasından gedir:

“Məsələn, Nizami (Tarqovı) küçəsinin 1-2 arxa küçəsi, Ağ Şəhər bulvarına gedən yol və ya Hərbi Qənimətlər Parkı istiqamətindəki ərazilər ödənişli zonaya çevrilə bilər. Hazırda bu zonalarla bağlı müəyyən müzakirələr aparılır, lakin hələ dəqiq qərar yoxdur”.

Onun sözlərinə görə, məsələ Prezidentin imzaladığı fərmanla hüquqi əsas qazanıb və aidiyyəti dövlət qurumlarına təkliflərin hazırlanması üçün vaxt verilib:

“Dövlət başçısının imzaladığı fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Bu müddətdə təkliflər hazırlanacaq. Biz də bu prosesdə iştirak edəcəyik və öz təkliflərimizi verəcəyik”.

Ekspert sosial mediada yayılan “şəhərin mərkəzinə giriş pullu olacaq” ifadəsinin yanlış və absurd olduğunu vurğulayıb:

“Şəhərin mərkəzinə giriş pullu olacaq” demək tamamilə yanlışdır. Neftçilər prospektində hərəkət edəndə sizdən heç kim pul tələb edə bilməz, çünki bu, əsas magistraldır. Amma siz prospektdən dönüb, məsələn, “Sahil” metrosu ətrafına, Nizami küçəsinə daxil olmaq istəsəniz, hansı ki, həftəsonları AYNA tərəfindən bağlanır – onda pul ödəməli olacaqsınız.

Bu zonalar xüsusi olaraq seçiləcək. Zonalar müəyyənləşəndən sonra dəqiq siyahı ictimaiyyətə açıqlanacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri