Icma.az
close
up
RU
Bakıya giriş pullu olacaq Bu tarixdən etibarən…. KONKRET

Bakıya giriş pullu olacaq Bu tarixdən etibarən…. KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin fərmanı ilə dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır. Fondun gəlirləri yanacaq vergisinin bir hissəsindən və Bakıda tətbiq ediləcək ödənişli hərəkət zonalarından toplanacaq vəsait hesabına formalaşacaq. Bu qərarın ölkə iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif suallar gündəmdədir.

Yeni yaradılan “İctimai nəqliyyat” Fondu iqtisadiyyatımıza nə vəd edir? Yanacaq vergisinin bir hissəsinin və ödənişli yolların tətbiqi qiymətlərə, xüsusilə də istehlak, logistika xərclərinə necə təsir göstərə bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu Fond həm iqtisadi, həm də sosial baxımdan bir sıra təsirlərə malik olacaq:

“Dövlət büdcəsində ayrıca fond kimi ayrılması o deməkdir ki, ictimai nəqliyyat üçün sabit və proqnozlaşdırıla bilən maliyyə mənbəyi yaradılır. Bu, avtobus parkının yenilənməsi, metro və dəmiryolu layihələrinin genişlənməsi, “yaşıl nəqliyyat” (elektrikli avtobuslar, tramvaylar) kimi sahələrə sərmayəni artıracaq. İctimai nəqliyyatın keyfiyyətinin yaxşılaşması insanları şəxsi avtomobildən daha çox ictimai nəqliyyata yönəldə bilər ki, bu da tıxacların azalmasına, işçi qüvvəsinin hərəkətliliyinə və ümumi məhsuldarlığa müsbət təsir edər. Bu ideyanı bir qədər də inkişaf etdirərək “ödənişsiz ictimai nəqliyyat” ideyasını reallaşdırmaq mümkündür”.

Yanacağın qiyməti artacaq?

İqtisadçı qeyd edib ki, Fondun gəlirləri konkret mənbələrdən – yanacaq vergisi və ödənişli hərəkət zonalarından təmin edilməsi dövlətin ümumi büdcəsinə əlavə yük yaratmadan sektoru maliyyələşdirmək imkanı verir:

“Əgər yanacaq vergisi artırılaraq fonda yönləndirilirsə, bu, yanacağın pərakəndə qiymətinə təsir edə bilər. Qiymətlərdə artım baş verərsə, logistika xərcləri yüksələcək, bu da ərzaq və digər istehlak mallarının bahalaşmasına səbəb ola bilər. İctimai nəqliyyat şirkətlərinin xərcləri də artacaq, amma bu fondun hesabına subsidiyalar veriləcəksə, sərnişindaşıma qiymətlərinə ciddi təsir etməyə bilər. Yanacaq bahalaşarsa, bu alternativ enerji daşıyıcılarına marağı artıracaq”.

İctimai nəqliyyatla bağlı xoş xəbər

Ekspert əlavə edib ki, şəhər mərkəzində hərəkət ödənişli olarsa, fərdi avtomobil sahiblərinin xərcləri artacaq:

“Bu, bir tərəfdən sosial narazılıq doğura bilər, digər tərəfdən isə avtomobil istifadəsini azaltmağa, ictimai nəqliyyata keçidi stimullaşdırmağa xidmət edir. Ödənişli zonalar nəticəsində tıxacların azalması gözlənilir. Bu, həm logistikaya, həm də ümumi iqtisadi fəaliyyətə müsbət təsir edə bilər. Məsələn, vaxt itkisi və yanacaq sərfi azalar. Qısamüddətli perspektivdə yanacaq və nəqliyyat xidmətlərinin xərcləri arta bilər. Bu da ərzaq, gündəlik mallar və xidmətlərin qiymətlərinə müəyyən təzyiq göstərəcək. Ortamüddətli perspektivdə isə fond hesabına ictimai nəqliyyat ucuz, keyfiyyətli və əlçatan olarsa, istehlakçıların fərdi avtomobildən asılılığı azalacaq. Bu da ümumi nəqliyyat xərclərinin azalmasına və qiymət sabitliyinə gətirib çıxara bilər.

Yəni “İctimai nəqliyyat” Fondu ilk mərhələdə qiymətlərə müəyyən təzyiq göstərə bilər. Lakin orta və uzun müddətdə bu fond ictimai nəqliyyat sistemini gücləndirməklə həm sosial rifahı, həm də iqtisadi səmərəliliyi artıracaq. Düzgün idarə olunarsa, ölkə iqtisadiyyatına müsbət təsiri mənfi təsirlərdən daha çox olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Sentyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri