Icma.az
close
up
RU
Bakıya qar nə vaxt yağacaq? Nazirlikdən AÇIQLAMA

Bakıya qar nə vaxt yağacaq? Nazirlikdən AÇIQLAMA

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər qonşu ölkələrdə, xüsusən də İstanbul və Moskvada havanın kəskin soyuması və qışa xas hava şəraitinin başlaması müşahidə edilir. Ölkəmizdə də yaxın günlərdə güclü yağışların yağacağı proqnozlaşdırılır.

Bəs görəsən, Azərbaycanda təsirli olan soyuq hava kütlələri hansı regionlardan gəlir? Nə üçün son illərdə Bakıya qar yağmır? Azərbaycanın iqlimini hansı hava kütlələri formalaşdırır?

BAKU.WS-in əməkdaşı bu suallarla Ekologiya Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdir müavini Rafiq Verdiyevə müraciət edib.

Ekspertin sözlərinə görə, Azərbaycan coğrafi olaraq elə bir mövqedə yerləşir ki, burada müxtəlif istiqamətlərdən - şimaldan, cənubdan, şərqdən və qərbdən gələn hava kütlələri qarşılaşır. Bu hava axınları ölkəmizdə siklon və antisiklon proseslərini formalaşdıraraq iqlimə təsir edir.

"Avropada baş verən hava şəraitini təhlil edərək, onun bir neçə gün sonra Azərbaycana təsir göstərəcəyi vaxtı dəqiq proqnozlaşdıra bilirik. Ölkəmizə əsasən şimaldan daxil olan Arktik hava kütlələri temperaturun aşağı düşməsinə və hava şəraitinin kəskin dəyişməsinə səbəb olur," - deyə R. Verdiyev bildirib.

Ekspert həmçinin Azərbaycanın relyefinin - həm dağlıq, həm də düzənlik ərazilərin - daxil olan hava kütlələrini formalaşdıraraq dəyişdirdiyini vurğulayıb:

"Bu xüsusiyyət ölkə ərazisində müxtəlif bölgələrdə fərqli iqlim hadisələrinin - qar, yağış, külək kimi proseslərin yaranmasına səbəb olur".

Bakıda qar niyə yağmır?

Son illərdə paytaxt sakinləri qar yağışını demək olar ki, görmür. Ekspert bu vəziyyəti iqlim dəyişiklikləri ilə əlaqələndirir:

"Əvvəlki dövrlərdə, xüsusilə 15-20 il əvvəl, noyabrın sonu və ya dekabrın əvvəllərində Bakıda qarın yağması adi bir hal idi. Lakin son illərdə iqlim dəyişikliyi nəticəsində həm Bakıda, həm də Aran bölgələrində qar demək olar ki, müşahidə edilmir. Bunun əsas səbəbi qlobal temperaturun təxminən 1 dərəcə artmasıdır. Yağıntıların ümumi miqdarında artım var, amma bu artım qar yox, əsasən yağış formasında olur. Əvvəllər yaz və payız mövsümlərində yağış yağırdısa, indi bu proses yay və qışda da müşahidə edilir".

Fəsillərin dəyişməsi və qışın gec gəlməsi

Mütəxəssisin sözlərinə görə, iqlim dəyişiklikləri təkcə Bakıya deyil, bütün dünyaya təsir göstərir: "Fəsillərin bir-birinə qarışması, bəzi mövsümlərin uzanması və qışın gec gəlməsi artıq qlobal bir tendensiyadır. Oktyabr və noyabr aylarında havanın normaldan isti keçməsi qışın gec başlamasına səbəb olur. Məsələn, əvvəllər noyabr ayında qar müşahidə edirdiksə, indi bu proses dekabrın ortalarına və ya sonuna qədər uzana bilər".

Bakıya qış nə vaxt gələcək?

Rafiq Verdiyev uzunmüddətli hava proqnozlarının verilməsinin çətinliyini də qeyd edib:

"Hazırda hava şəraiti ilə bağlı dəqiq məlumatlar yalnız bir neçə gün öncədən hesablana bilər. Şimaldan gələn siklonların ölkəyə daxil olma vaxtını və təsirini Avropadakı hava şəraitinə əsasən müəyyən edirik. Qar yağışı və ya temperaturun kəskin azalacağı ilə bağlı proqnoz yalnız proses başlamazdan əvvəl dəqiq bilinə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri