Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Bakıya qar yağacağı deyilirdi, amma... Nazirlikdən AÇIQLAMA

Bakıya qar yağacağı deyilirdi, amma... Nazirlikdən AÇIQLAMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 10-da məşhur hava proqnozu platforması olan "Windy.com" saytına istinadla Bakıya qar yağacağı barədə proqnozlar tirajlanıb.

Ölkə.Az xəbər verir ki, həmin məlumatda yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı, temperaturun kəskin enəcəyi bildirilirdi. Artıq 2 gündür Bakıda günəşli, dəyişkən buludlu lakin yağıntısız hava şəraiti müşahidə olunur.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib ki, uzunmüddətli hava poqnozları etibarlı olmur. O, hava proqnozlarının dəqiqlik ehtimalından da danışıb: 

"Təəssüf ki, insanlarımız Bakıya qar yağacağı ilə məlumatın mənbəyini araşdırmadan təşvişə düşmüşdü. 

Biz Milli Hidrometeorologiya Xidməti olaraq əsasən sutkalıq, 3 sutkalıq proqnozları tərtib edirik. Çünki bu məlumatların etibarlılığı daha yüksəkdir. Biz növbəti 3 gün ərzində yağış və ya qar olacağını, temperatur rejiminin necə dəyişəcəyini 90%-ə qədər ehtimalla deyə bilirik. Bu məlumatlar daha etibarlıdır, nəinki aylıq, fəsillik, daha uzunmüddətli proqnozlar. 

Hava məlumatları ilə bağlı saytlar vətəndaşların qarşısına çox çıxır. Həmin saytlar özləri də qeyd edir ki, məlumatlar gündə bir neçə dəfə yenilənir, dəqiqləşmə aparılır. Düşünürəm ki, "windy.com"dakı hava məlumatının şərhi düzgün olmayıb. Çünki həmin sayt məlumatları heç vaxt bu şəkildə yayımlamır".

Qurum rəsmisi açıqlamasında yanvar və fevral ayları ilə bağlı əvvəlcədən verilən ümumi proqnozları da xatırladıb:

"Ötən ilin dekabr ayında rəsmi açıqlama vermişdik ki, respublikamızda yanvar-fevral aylarında havanın temperaturu iqlim normasına yaxın, bəzi ərazilərdə hətta az olacağı gözlənilir. Ölkəmizin iqlim xarakterisitikasına uyğun olaraq yanvar-fevral ayları qışın daha sərt keçdiyi dövrlərdir. Amma havanın bəzi günlərdə şaxtalı, qarlı keçməsi də istisna olunmurdu. Bu, artıq özünü doğruldur. Bölgələrimizdə, dağlıq, dağətəyi ərazilərimizdə gecə saatlarında -20 dərəcəyədək şaxtalı günlər qeydə alınıb.  

Amma yaxın 3 gün ərzində Bakıya qar yağacağı ilə bağlı gözləntimiz yoxdur. Artıq ayın 21-dir, temperatur iqlim normasına çox yaxındır. Havanın temperaturunun enməsi gözlənilmir. Qarın yağması üçün temperatur aşağı düşməlidir ki, gözlənilən yağıntının qara keçmə ehtimalı olsun".

G.Abbasova respublikada yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı da məlumat verib:

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam  bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi 5-10  m/s. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. 
Yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi 8-13 m/s, gündüz arabir 15-18 m/s, temperatur gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. 
Yanvarın 24-də isə hava şəraiti əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Cənub-qərb küləyi 8-13 m/s, gündüz şimal-qərb küləyi 5-10 m/s, temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var.   
Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi 5-10 m/s,  arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.
Yanvarın 23-24-də isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.  23-ü axşam tədricən kəsiləcək, 24-də əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi 5-10 m/s, 23-də  bəzi şərq rayonlarında arabir 20-25 m/s-dək güclənəcək. 
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq".

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri