Icma.az
close
up
RU
Bakıya qarşı Cekson Venik düzəlişi ABŞ la ticarətdə daha bir əngəl

Bakıya qarşı Cekson Venik düzəlişi ABŞ la ticarətdə daha bir əngəl

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ-ın nüfuzlu “The National Interest” jurnalında dərc olunan yeni təhlil Vaşinqtonun Azərbaycanla münasibətlərində illərdir davam edən ziddiyyətli yanaşmaya yenidən diqqət çəkir. Vaşinqtonda yerləşən “Caspian Policy Center” in tədqiqatçısı Akbota Karibayeva Meyer hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyanın sürətlə böyüyən iqtisadi imkanlarından daha fəal istifadə etməsinin qarşısında artıq tarixi keçmişin mirası olan qanunvericilik maneələri dayanır.

Söhbət ilk növbədə 1992-ci ildə Konqres tərəfindən qəbul edilmiş 907-ci düzəlişdən gedir. Meyerin diqqət çəkdiyi digər maneə isə Cekson-Venik düzəlişidir. 1974-cü ildə ABŞ-ın ticarət qanunvericiliyinə daxil edilən bu mexanizm Sovet İttifaqında yəhudilərin mühacirətinə qoyulan məhdudiyyətlərə görə Moskva ilə ticarətə təzyiq vasitəsi kimi yaradılmışdı.

Sovet İttifaqı artıq 35 il əvvəl dağılıb, lakin həmin mexanizmin izləri Azərbaycan və Qazaxıstanla münasibətlərdə hələ də qalmaqdadır.

Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ-ın 1974-cü il Ticarət Aktının IV bölməsinə əlavə edilmiş müddəadır. Onun əsas müəllifləri senator Henri Cekson və konqresmen Çarlz Venik olub. Düzəlişin məqsədi mahiyyət etibarilə bu, “soyuq müharibə” dövrünün insan hüquqları və ticarət siyasəti aləti idi.

Azərbaycan 1974-cü ildə müstəqil dövlət deyildi, SSRİ-nin tərkibində idi. Buna görə Cekson-Venik rejimi Azərbaycana ayrıca qiymətləndirmə aparılmadan sovet məkanına tətbiq edilən mexanizmin bir hissəsi kimi şamil olunurdu.

Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra da bu məsələ avtomatik olaraq aradan qalxmadı. ABŞ 1992-ci ildə Azərbaycan üzrə Cekson-Venikdən imtina (waiver) tətbiq etdi, 1997-ci ildə isə Azərbaycanın qanunun mühacirət azadlığı ilə bağlı tələblərinə uyğunluğu barədə qərar verildi.

Lakin bu, düzəlişin Azərbaycana qanunvericilik baxımından tamamilə tətbiqdən çıxarılması demək deyildi. CRS məlumatlarında Azərbaycan üçün 1992-ci il waiver, 1997-ci il isə “no violation” statusu göstərilir. Bu mexanizmin tam ləğvi üçün ABŞ Konqresi Azərbaycana münasibətdə Cekson-Venikin tətbiqini dayandırmalı və Permanent Normal Trade Relations (PNTR) – Daimi Normal Ticarət Münasibətləri statusunu qanunvericiliklə təsbit etməlidir. Nəticədə Cekson-Venik Azərbaycana qarşı praktik əhəmiyyətini böyük ölçüdə itirsə də, qanunun özü kağız üzərində qalmaqda davam edir. Bu, ABŞ-ın Rusiya, Ermənistan və digər keçmiş sovet ölkələri ilə bağlı siyasəti ilə müqayisədə xüsusilə diqqətçəkəndir. Məsələn, ABŞ Konqresi 2005-ci ildə Cekson-Venikin Ermənistana tətbiqini dayandırdı və Ermənistana PNTR statusu verildi. Rusiya və Moldova üzrə də 2012-ci ildə Cekson-Venikin tətbiqi dayandırılaraq PNTR təsbit edildi.

Hüquqşünas Xəyal Bəşirovun Musavat.com-a bildirdiyinə görə, dölət katibi Rubio Mərkəzi Asiya ölkələri üçün bu məhdudiyyətin ləğv oluna biləcəyini demişdi: “Əslində, heç bir təsiri qalmayan bu düzəlişin də de-yure ləğvinin vaxtı çoxdan çatıb. Bu, ABŞ-nin Orta Asiya və Cənubi Qafqazdakı iqtisadi maraqlarına daban-dabana ziddir. Çünki C5+1 formatı bu qadağanın ləğvini qaçılmaz edir. Üstəlik, işləmir və heç bir rolu qalmayıb. Rubio özü də bunu etiraf etmişdi, amma hələ ki real addım yoxdur”.

Onun fikrincə, Konqresin qərarı olmalıdır, lakin demokratlar buna əngəl ola bilər: “Hərçənd, demokratlar da ABŞ-nin milli maraqlarını nəzərə alaraq, həmin məhdudiyyəti aradan qaldırmağa səs verməlidirlər. Ümumiyyətlə, SSRİ yoxdursa, barəsində çıxarılan qərar keçmiş üzv ölkələrə niyə şamil olunmalıdır?! Hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistran, Tacikistan, Belarus və Azərbaycan formal olaraq, bu düzəlişin təsiri altındadır. Azərbaycana qarşı “Cekson-Venik düzəliş”inin ləğv olunmaması anlaşılmazdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri