Bakıya yönələn kurs: Aİ nin siyasəti necə dəyişir? VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Geosiyasi proseslər nadir hallarda yalnız bəyanatlarla idarə olunur - əksinə, onları konkret atılan addımların məntiqi daha aydın nümayiş etdirir. Məhz bu baxımdan, Avropa İttifaqı Şurası rəhbərinin səfərinin ardınca Avropa Komissiyası rəhbərinin Azərbaycan paytaxtına gəlişini, sadəcə, növbəti protokol tədbiri deyil, Brüsselin strateji xəttində baş verən dəyişikliyin təsdiqi kimi dəyərləndirmək lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in hazırladığı videomaterialda qeyd olunub.
Bildirilib ki, Avropa İttifaqı uzun müddət ərzində Qarabağ münaqişəsi tərəflərindən "bərabər məsafədə qalmaq" modelini tətbiq edib və regiona iki dövlət arasında tarazlığın qorunması prizmasından yanaşırdı.
"Lakin Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən və Ermənistanla sülh müqaviləsi bağlamaq təşəbbüsü ilə Cənubi Qafqazda yeni təhlükəsizlik strukturunun təməlini qoyduqdan sonra həmin məntiq öz aktuallığını itirdi. Artıq "kimin haqlı olması" ilə bağlı ənənəvi sual başqa bir reallıqla əvəzlənib: yeni formalaşan regional sistemin - nəqliyyat, enerji və siyasi sabitliyin davamlılığına real olaraq kim zəmanət verə bilər", - deyə süjetdə qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 İyul 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















