“Baku Open” stolüstü tennis turnirinə start verildi
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Baku Open” stolüstü tennis turnirinə start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.
“Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirdə peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar.
4-5 və 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq.
Qeyd edək ki, sözügedən turnir həmçinin stolüstü tennisin kütləviliyinin və populyarlığının artırılması məqsədi daşıyır.
Baxış sayı:151
Bu xəbər 04 Aprel 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















