Stolüstü tennisçilərin “Baku Open” turniri başa çatıb
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 13 aprel, AZƏRTAC
Stolüstü tennisçilərin “Baku Open” turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər.
Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda - bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib. İlqar Həsənov ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub. Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina birinci olub. Onlar finalda Fikrət Paşayev - Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Aprel 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















