Icma.az
close
up
RU
“BakuBus” avtobusunda kondisioner davası: “Yandır!..”, “Yox, söndür!..” VİDEO

“BakuBus” avtobusunda kondisioner davası: “Yandır!..”, “Yox, söndür!..” VİDEO

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“BakuBus” avtobusunda kondisionerlə bağlı sərnişinlər arasında yaranan mübahisə görüntüləri geniş müzakirələrə səbəb olub.

Videoda bəzi sərnişinlərin kondisionerin söndürülməsini, digərlərinin isə işlək vəziyyətdə saxlanılmasını tələb etdiyi, sürücünün isə yaranan gərginliyi mobil telefonla lentə aldığı görünür.

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva “Yeni Sabah”a faktı təsdiqləyib. Dominos pizza

Onun sözlərinə görə, kondisionerlərin temperaturu 23 dərəcə olaraq mərkəzdən tənzimlənir:

“Sosial şəbəkələrdə “BakuBus” MMC-nin istismarında olan 172 nömrəli müntəzəm marşrut xəttində xidmət göstərən sürücünün görüntü qeydə alması ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılıb.

 “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemi mövcuddur və mərkəzləşdirilmiş qaydada 23°C temperatur rejimində idarə olunur. Bu sistemə sürücülərin müdaxilə etmək, temperaturu dəyişmək və ya kondisioneri aktivləşdirib söndürmək səlahiyyəti yoxdur”.

Qurum rəsmisi bildirilib ki, videonu sürücünün çəkdiyi müəyyənləşib. Ona qaydaları pozduğu üçün xəbərdarlıq olunub:

“Aparılan araşdırma zamanı müəyyən edilib ki, sözügedən görüntüləri sürücü qeydə alıb. Bu hal müəssisənin daxili qaydalarına zidd hesab olunur. Eyni zamanda, sürücünün indiyədək əmək fəaliyyəti və intizam tarixçəsi araşdırılıb, hər hansı əvvəlki nöqsan müəyyən edilmədiyindən ona şifahi xəbərdarlıq edilib. Bununla əlaqədar sürücü ilə profilaktik söhbət aparılıb, ona belə halların yolverilməz olduğu izah edilərək şifahi xəbərdarlıq olunub.

Sərnişinlərdən xahiş edirik ki, kondisioner sisteminin idarə olunması sürücünün səlahiyyətlərinə aid olmadığını nəzərə alsınlar və bu məsələ ilə bağlı sürücüyə təzyiq göstərməkdən çəkinərək anlayış nümayiş etdirsinlər. Sürücünün əsas vəzifəsi sərnişinlərin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasını təmin etməkdir. Kondisioner sisteminin fəaliyyəti ilə bağlı hər hansı müraciət yarandığı halda sərnişinlər “BakuBus” MMC-nin rəsmi müraciət kanalları vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər”.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri