Görsən üşüyürsən, yandır özünü...
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aytəkin Səfərəliyeva
Qulu Ağsəs
Soyuqdan yorğana bükülən kimi,
Dərdimə bükülsəm, isinirəm mən.
Elə susmuşam ki, hər yüz kəlmədən
Soruşsan birinə zor dinirəm mən.
Zaman təzələnir, il təzələnir,
Dünya zəmanənin içində bayat.
Gecələr Allahın yanına çıxıb,
Deyəsən: "Dur, məni yenidən yarat".
Demirəm dərd vermə, gücüm çatanı,
Bilirsən, məğrurca çəkə bilirəm.
Zamanı məlhəm tək ovub, ağrımın
Üstünə loğman tək tökə bilirəm.
Hər gün yağış kimi yağan kədərin
Səsin göyqurşağı ilə dayandır.
Kimə "üşüyürəm" dedim bir kəlmə,
Deyirlər: "Üşüsən, özünü yandır".
Bu mövzuda digər xəbərlər:Usta görsən mənə de...
02 May 2025 15:09
“Görsən ki, ərin başqa qadını sevir, onda…”
20 Dekabr 2024 22:43
“Görsən darıxırsan, şəkillərə bax” Həsən Kürün şeirləri
08 İyul 2025 01:48
Gözümü bir qızın gözündə görsən... Günün şeiri
04 Sentyabr 2026 12:31
Cavidandan təsirli paylaşım: Atamı görsən, ona salamımı çatdır
16 Oktyabr 2025 12:53
Baxış sayı:110
Bu xəbər 21 İyul 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















