“Bakubus” Baba Rzayevin qardaşının şirkətinə son 3 ayda 27 milyon manat ayırıb
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Bakubus” MMC “Bakelektro” ASC (VÖEN – 1500046831) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, “Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Albalılıq qarajı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 658) üzrə elektrik təchizatı işlərini həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 12 milyon 255 min 98 manat 48 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 3 iyul 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.
Onu da qeyd edək ki, 3 ay əvvəl – bu ilin sentyabr ayında da “Bakubus” MMC “Bakelektro” ASC ilə 15 milyon manatlıq satınalma müqaviləsi imzalayıb.
Müqavilə Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işləri ilə bağlı olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Bakubus” Baba Rzayevin qardaşının şirkəti ilə 15 milyonluq müqavilə imzaladı
16 Sentyabr 2025 17:13
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı
02 Sentyabr 2025 10:31
Baba Rzayevin kürəkəni İngiltərədə alüminium fabriki açır
01 Sentyabr 2025 22:36
Maliyyə Nazirliyi Baba Rzayevin qohumlarından gül alır
09 Sentyabr 2025 14:06
Baxış sayı:17
Bu xəbər 09 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















