“Bakubus” Baba Rzayevin qardaşının şirkəti ilə 15 milyonluq müqavilə imzaladı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bakubus” MMC “Bakelektro” ASC (VÖEN – 1500046831) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, “Bakelektro” ASC “Bakubus”un sifarişi əsasında Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işlərini həyata keçirəcək.
Görüləcək işlərin qarşılığında “Bakelektro” ASC “Bakubus”dan 15 milyon 67 min 184 manat 86 qəpik alacaq.
Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 3 iyul 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:“Bakubus” Baba Rzayevin qardaşının şirkətinə son 3 ayda 27 milyon manat ayırıb
09 Dekabr 2025 13:42
Baba Rzayevin şirkəti “Xarıbülbül İnşaat”ı məhkəməyə verdi
07 Noyabr 2024 15:54
“BakuBus” şirkəti “BAKELEKTRO” şirkətilə ilə daha bir irihəcmli müqavilə imzalayıb
10 Dekabr 2025 10:18
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı
02 Sentyabr 2025 10:31
Baxış sayı:100
Bu xəbər 16 Sentyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















