Icma.az
close
up
RU
Bal hansı qabda daha keyfiyyətli olur? Təbii balı haradan almaq məsləhətdir? Peşəkar arıçı ilə müsahibə

Bal hansı qabda daha keyfiyyətli olur? Təbii balı haradan almaq məsləhətdir? Peşəkar arıçı ilə müsahibə

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Bal, bir çox xəstəliklərin şəfa mənbəyi hesab edilir. Belə ki, arıların milyonlarla çiçəkdən topladığı balı insan əli istəsə də hazırlaya bilməz. Bu, Allahın insanlara bəxş etdiyi xüsusi bir nemətdir”.

Göyçaylı arıçı Tural Fərzəliyev bu gün Bizimyol.info xəbər portalının oxucularına balın faydalarından, təbii balın yoxlanılmasından və digər nüanslardan söz açıb.

Göyçaylı arıçı Tural Fərzəliyev

“Balın keyfiyyət göstərici 30-a qədərdir. 30 diastaz dəyəri də deyilir. Bu il 29 diastazı Naxçıvana, 25 diastazı mənim balıma veriblər. Bu il bal yarmarkasında, digər illərlə müqayisədə haqq-ədalət var idi... Tam yoxlayıb buraxırdılar”-deyə Tural Fərzəliyev bildirib.

Arıçı deyir ki, balın nə şəkər xəstələrinə, nə körpə uşaqlara mənfi təsiri yoxdur. Tural Fərzəliyev qeyd edib ki, arılar milyonlarla çiçəkdən şirə çəkdiyi üçün bu şirələr uşaqlara və ya şəkər xəstələrinə hansısa bir təsiri ola bilər, bu səbəbdən də diqqətli olmaqda fayda var: “Yəni təsir edən birbaşa bal deyil, arının şirə çəkdiyi çiçəklərdən söhbət gedir. Elə çiçəklər ola bilər ki, şəkərə və təzyiqə təsir edə bilər”.

Tural Fərzəliyev vurğulayıb ki, bal çox xəstəliklərə faydalıdır və zərərləri barədə elmi sübutlar demək olar ki, yoxdur: “Mədə-bağırsaq xəstəliyi olanlara arı mumu məsləhət görülür və arı məhsullarından digəri propolisdir. Bu da muma bənzəyir, amma el arasında ona vərəmum deyilir”.

Arıçının sözlərinə görə, arı "zəhər"i dərman hesab edilir, hətta təbii yolla arı sancması da bir çox problemlərə faydalıdır: “Bal əslində taxta, torpaq və ya şüşə qabda qaldığı zaman daha keyfiyyətli olur. Dəmir qablarda balın saxlanması düzgün deyil. Çünki burada müəyyən reaksiyalar baş verə bilər”.

Tural Fərzəliyev həmçinin bildirib ki, balın içinə nəm və ya sulu qaşıq salmaq olmaz. Çünki bala su dəyərsə, o xarlaya bilər.

Balın növləri haqda arıçı qeyd edib ki, müxtəlif növlər və adlarla satılan ballar əslində istehlakçının aldadılması deməkdir, çünki arılar milyonlarla çiçəkdən şirə çəkir: “Arı inək deyil ki, zəncirini bir yerə bağlayasan. Ancaq akasiya və ya qaratikanla qidalansın. Bu, yanlış fikirdir. İnsanların fikrini yanlış formalaşdırırlar. Qablara müxtəlif adlar qoyurlar ki, bunu akasiyadan çəkib, onu digər bitkidən. Bu, mümkün deyil və yalan söhbətdir. Həqiqətdə belədir ki, bizim zonada bal "qaratikan balı" hesab edilir. Çünki bizim zonada qaratikan çoxluq təşkil edir. Ancaq bu da o demək deyil ki, qaratikandan başqa heç bir çiçəkdən şirə çəkilməyib. Burada şahtikan var, müxtəlif çiçəklər var”.

Arıçı balı yoxlamağın maraqlı üsulunu da oxucularımız üçün açıqlayıb: “Bir nəlbəki bala təbii çörək qoyun. Təbii bal çörəyin suyunu çəkib, onu möhkəmləndirir. Çörək xəmir kimi yumşalarsa, suya düşmüş kimi olursa, o bal keyfiyyətsiz baldır.

Digər üsul, yanma üsuludur. Əgər yanırsa, təbii baldır. Əgər yanmırsa, saxtadır. Əlavə üsul da bir çay qaşığı balın bir stəkan su ilə qarışdırılmasıdır. Su duru qalırsa, bal saxtadır. Su bulanırsa, bal təbiidir. Bal suda həll olunur”.

Tural Fərzəliyev vurğulayıb ki, ən yaxşı balı tanıdığınız arıçıdan almaq tövsiyə olunur, bazardan bal almaq bir qədər sual doğuran məsələdir.

Arıçı deyir ki, bir yeşik arı apreldən başlayaraq, 3 dəfə artır. Tural Fərzəliyev qeyd edib ki, arının yeri dar olduğu zaman yeşiyə yeni ana yerləşir, köhnə ana özü ilə komandasını götürüb gedir, yeni yuva axtarmağa. Arının yeri geniş olduğu zaman artım olur, bal az olur.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri