Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarpız alarkən bir çoxumuz onun qabığına vurub çıxan səsə əsaslansaq da, mütəxəssislər dadlı və yetişmiş qarpızı anlamaq üçün aşağıdakı təbii işarələrə baxmağı tövsiyə edir:
Milli.Az xəbər verir ki, qarpızın qabığında tor şəkilli, qəhvəyi rəngli cızıqlar və ya çatlaqlar varsa, bu, qarpızın yetişmə prosesində arılarla çox təmasda olduğunu göstərir. Mütəxəssislərə görə, bu izlər qarpızın tam yetişdiyinin və dadının daha şirin olduğunun ən yaxşı göstəricisidir.
Qarpızın torpağa toxunan alt hissəsinə baxın. Oradakı ləkə nə qədər tünd sarı rəngdədirsə, qarpız tarlada bir o qədər çox qalıb və yetişmə prosesini tam tamamlayıb deməkdir. Əgər ləkə ağ və ya açıq sarıdırsa, bu, qarpızın vaxtından əvvəl yığıldığına işarə edir.
Qarpızın sapına diqqət edin. Əgər sapı qurumuş və qəhvəyi rəngə çalıbsa, bu, qarpızın tam yetişdiyini göstərir. Yaşıl və canlı görünən saplar isə meyvənin hələ tam yetişmədiyini bildirə bilər.
Eyni ölçüdə iki qarpız arasında seçim edirsinizsə, daha ağır olanı seçin. Ağırlıq qarpızın suyunun bol olduğunu və içərisinin daha dolğun yetişdiyini göstərir.
Çoxlarının düşündüyünün əksinə, qarpızın üzəri parıldamamalıdır. Mat görünüşlü qarpızlar yetişmiş, parlaq üzərlilər isə hələ tam olğunlaşmamış ola bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 İyun 2026 07:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















