Icma.az
close
up
RU
Ən şirin yemişi necə seçmək olar? 6 əsas əlamət

Ən şirin yemişi necə seçmək olar? 6 əsas əlamət

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında ən çox sevilən meyvələrdən biri olan yemişin şirin və yetişmiş olub-olmadığını onu almadan əvvəl müəyyən etmək mümkündür. Bunun üçün meyvənin görünüşünə, qoxusuna və çəkisinə diqqət yetirmək kifayətdir.
Demokrat.az
xəbər verir ki, ilk növbədə qabığında çat və cızıq olan yemişləri almaq məsləhət deyil. Belə zədələr vasitəsilə bakteriyalar meyvənin içərisinə keçə bilər. Artıq doğranmış yemişlərə də ehtiyatla yanaşmaq lazımdır. Onların hansı şəraitdə doğrandığını bilmək çətin olduğundan, belə məhsulu aldıqdan sonra mümkün qədər tez, ən geci bir gün ərzində yemək tövsiyə olunur.
Şirin yemişi necə tanımaq olar?
1. Qoxusuna diqqət edin
Yetişmiş yemişi müəyyən etməyin ən sadə yollarından biri onun qoxusunu yoxlamaqdır. Balı və ya yetişmiş armudu xatırladan xoş ətir yemişin yetişdiyini göstərir. Ot qoxusu meyvənin hələ yetişmədiyinə, ümumiyyətlə qoxusunun olmaması isə onun yetişdirilmə şəraiti ilə bağlı problem ola biləcəyinə işarə edə bilər.
2. Yemişə yüngülcə vurun
Meyvəyə barmaqla yüngülcə vurduqda küt səs eşidilməsi yaxşı əlamət hesab olunur. Daha cingiltili səs yemişin yetişmədiyini göstərə bilər.
3. Qabığını yoxlayın
Yetişmiş yemişin qabığı əsasən bərabər rəngdə olmalıdır. Yaşıl hissələrin qalması meyvənin tez dərildiyini göstərə bilər. Qəhvəyi və tünd ləkələr isə çürümə prosesinin başladığından xəbər verə bilər.
4. Saplağına baxın
Yemişin saplağı qalıbsa, onun vəziyyətinə də diqqət yetirmək lazımdır. Quru və saralmış saplaq meyvənin yaxşı yetişdiyini göstərən əlamətlərdən biridir.
5. Doğranmış yemişin rəngini yoxlayın
Əgər yemiş artıq doğranmış halda satılırsa, onun içərisinə baxmaq mümkündür. Yetişmiş meyvənin lətinin rəngi daha parlaq sarı olmalıdır. Qabığın yaxınlığında yaşıl rəngin qalması yemişin tam yetişmədiyini göstərə bilər.
6. Daha ağır olanı seçin
Eyni ölçüdə bir neçə yemiş arasında seçim edərkən daha ağır olan meyvəyə üstünlük vermək məsləhətdir. Belə yemişin daha şirəli olması ehtimal edilir.
Mütəxəssislərin sözlərinə görə, bu əlamətləri birlikdə nəzərə almaq ən şirin və yetişmiş yemişi seçmək şansını artırır. Meyvə bağında yetişmiş yemişi müəyyən etmək üçün isə saplağın tam quruması və yemişdən xoş, şirin qoxunun gəlməsi əsas göstəricilərdən sayılır.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Avqust 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri