Bal yemə yarışında inanılmaz nəticə: 2 dəqiqədə 1 kilo... FOTOLAR
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Kazdağları Milli Parkında keçirilən Birinci Beynəlxalq Bal Yığımı Festivalı təbiətsevərləri və bal həvəskarlarını bir araya gətirib. Təbiətin qoynunda təşkil olunan tədbir rəngarəng görüntüləri, musiqi və əyləncə dolu anları ilə yadda qalıb.
“Yeni Sabah” xəbər verir ki, festivalın ən çox maraq doğuran hissəsi isə “bal yemə yarışı” olub.
Yarışmanın qaydası sadə olub: cəmi 2 dəqiqə ərzində mümkün qədər çox bal yemək. Tamaşaçıları heyrətə salan iştirakçılardan biri cəmi 2 dəqiqəyə 1 kilo balı yeyərək yarışmanın qalibi olub və günün qəhrəmanına çevrilib. Maraqlısı odur ki, bu qədər bal yeməsinə baxmayaraq, o, heç bir sağlamlıq problemi yaşamayıb. pizza
Tədbirdə həmçinin ip çəkmə, çuvalda tullanma kimi oyunlar da keçirilib. Ziyarətçilər üçün musiqi proqramı və yerli arıçıların təqdimatı ilə festival tam bir şənliyə çevrilib.
Əsmətxanım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 06 Oktyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















