Icma.az
close
up
RU
Hazırlığa getmədən 300 bal topladı Fotolar

Hazırlığa getmədən 300 bal topladı Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib.

Həmin şagirdlərdən bəziləri sevincini “Qafqazinfo” ilə bölüşüb.

Bakı şəhəri, Akademik Z.Əliyeva adına liseyin şagirdi Ramal Adıgözəlli bildirib ki, o imtahana məsuliyyətlə hazırlaşıb.

“Əlbəttə İmtahan asan deyildi. Lakin zəhmətim nəticəsində yüksək nailiyyət əldə etdim. Hər şagird özündə bu gücü tapsa, bunun öhdəsindən gələ bilər. Əvvəlki uğurlarımı və əziyyətimi nəzərə alaraq yüksək nəticə gözləyirdim. Mənə görə, ilk uğurum BDU-nin nəzdində “Gənc İstedadlar Liseyinə” qəbul olmağım və universitet tərəfindən fəxri fərmanla təltif edilməyim idi. Mən həm də  Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul imtahanında maksimum nəticə göstərərək ilk yeri qazanmışdım. Bundan əlavə riyaziyyat üzrə müxtəlif Beynəlxalq olimpiadalarda qızıl və gümüş medallara layiq görülmüşəm. Gələcək planım hüquq sahəsində uğurlu mütəxəssis olmaqdır”, - deyə Ramal əlavə edib.

Bakı şəhəri, Akademik Z.Əliyeva adına lisey digər yüksəknəticəli şagirdi Denis Tişakov da yüksək nəticənin sirrini imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaqda görür.

“Müəllimlərimin böyük dəstəyi, onların verdiyi bilik və motivasiya sayəsində özümü imtahana tam hazır hiss edirdim. Mövzuları müntəzəm şəkildə təkrar edir, hər bir fənn üzrə biliklərimi daha da möhkəmləndirməyə çalışırdım. İmtahan mənim üçün çox çətin olmadı, çünki hazırlıq prosesində bütün mövzular üzərində diqqətlə çalışmışdım. Qarşıma məqsəd olaraq yüksək nəticə qoymuşdum və bu nəticəni əldə edəcəyimə inanırdım. Buna görə də 300 bal toplamağı həm gözləyir, həm də buna ümid edirdim. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu nailiyyət mənim üçün böyük sevinc və motivasiya mənbəyi oldu. Gələcəkdə əsas məqsədim informatika və proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirməkdir. Növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram”, - deyə o vurğulayıb.

Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Aydan Gülalıyeva isə sevincini belə ifadə edib:

“İmtahana özümün günlük hazırladığım planlar əsasında hazırlaşırdım. İmtahan mənə görə çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi. Özümdən bu nəticəni gözləyirdim, çünki özümə güvənirdim. Gələcəkdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm”.

Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Ağamalı isə məktəbdə həmişə əlaçı olduğunu vurğulayıb:

“Bütün fənləri eyni səviyyədə oxuyuram və həmişə əlaçı olmuşam. Liseyə qəbul olduqdan sonra dərslərimə daha böyük həvəslə yanaşmağa başladım. Mən Respublika Fənn Olimpiadalarının (RFO) finalçısı, eyni zamanda SAMSO beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalçısıyam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri