Icma.az
close
up
RU
Balakəndə Respublika Şahmat Olimpiadası başa çatıb

Balakəndə Respublika Şahmat Olimpiadası başa çatıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Balakən, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə avqustun 4-dən 14-dək keçirilən yarışda respublikanın 26 şəhər və rayonunu təmsil edən 252 şahmatçı mübarizə aparıb. Olimpiada 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə FIDE qaydalarına əsasən keçirilib və şəxsi-komanda xarakteri daşıyıb. Şahmatçılar A və B qrupları üzrə yarışıblar. A qrupunda 2009-2014-cü il təvəllüdlü, B qrupunda isə 2015-ci ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçılar mübarizə aparıblar.

Avqustun 14-də şahmat olimpiadasının bağlanış mərasimi olub.

Mərasimdə çıxış edənlər belə yarışların bölgələrdə şahmatın kütləviliyinin daha da artmasına böyük təkan verdiyini bildirib.

Olimpiadanın yekun nəticələrinə əsasən, A qrupu üzrə 2009-2014-cü il təvəllüdlü şahmatçılardan təşkil olunan komandaların yarışında Bakı şəhəri 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası qalib gəlib. Sonrakı yerləri Gəncə və Beyləqan komandaları tutublar. B qrupu üzrə 2015-ci ildə anadan olmuş və daha kiçikyaşlı şahmatçıların komanda yarışlarında isə Bakı kollektivi birinci yeri tutub. Ucar və Şəki komandaları, müvafiq olaraq, ikinci və üçüncü yerlərə sahib çıxıblar.

Mərasimin yekununda komanda yarışlarının qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının kubok və pul mükafatları, həmçinin müxtəlif yaş qrupları üzrə şəxsi birinciliklərdə ilk üç yeri tutan oğlan və qız şahmatçılara diplom və medallar təqdim olunub.

Eyni zamanda, olimpiadada şəxsi yarışlarda birinci yeri tutan Bakı şahmatçıları Məhəmməd Bağırov və Dinarə Hüseynova oktyabrda Monteneqroda keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri